Icma.az
close
up
RU
Daha çox pul qazanmaq üçün nə etmək lazımdır?

Daha çox pul qazanmaq üçün nə etmək lazımdır?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərmayə üçün pulları necə yerləşdirmək lazımdır? Bir çox investorlar bazarı hər gün izləmək və aktivlərini tez-tez satıb almaq əvəzinə, uzun müddətə sərmayə qoymağı üstün tuturlar. Bu, bir neçə ildən onilliklərə qədər davam edə bilər. Belə investisiyalar gəlir gətirməyə daha uzun zaman tələb edir, amma sonradan yaxşı nəticə verə bilər. İnvestorlar sərmayələrini nə qədər müddət saxlayacaqlarına görə fərqli strategiyalar seçirlər.

Qısamüddətli investisiyalar tez gəlir əldə etməyə yönəlib. Bu zaman investorlar bazarı izləyərək sürətlə səhmləri alıb-satırlar. Uzunmüddətli investisiyalarda isə məqsəd aktivləri uzun müddətə alıb saxlamaqdır. Bu bir ildən çox müddət davam edə bilər. Bu cür investisiyalar səbirli olmağı tələb edir, çünki dərhal gəlir əldə etməyə bilərsiniz. Amma doğru seçilmiş aktivlər zamanla çox böyük qazanc gətirə bilər.

İnvestisiya məqsədləri

Əgər məqsədiniz pensiya üçün pul yığmaqdırsa bu zaman ayda nə qədər pul yığmağınız lazım olduğunu müəyyənləşdirməlisiniz. Məsələn, 30 il sonra normal pul götürmək istəyirsinizsə, buna uyğun məbləği əvvəlcədən hesablamaq lazımdır.

Ev və obyekt almaq və ya digər böyük məqsədlər üçün də investisiya etmək mümkündür. Bu halda da hədəf məbləğindən asılı olaraq ilkin sərmayə miqdarı dəyişəcək.

Uzunmüddətli investisiya portfeli yaradarkən səhmlər, istiqrazlar, əmlak və qiymətli metallar kimi müxtəlif aktivlərə investisiya etmək faydalıdır. Aktivlərin şaxələndirilməsi riskləri azaldır və gəliri artırır.

İlk dəfə investisiya etmək istədikdə daha kiçik məbləğlə başlaya bilərsiniz. Məsələn, ayda 100-200 manatla başlamaq olar. Zaman keçdikcə və gəlirləriniz artdıqca daha böyük məbləğlərə keçə bilərsiniz.

Yatırımlarınızı artırmaq üçün hər ay müəyyən bir məbləğ əlavə etməlisiniz. Bu, uzunmüddətli dövrdə daha böyük gəlirlər əldə etməyə kömək edəcək.

Uzunmüddətli investisiyalar üçün aktivlər

Səhmlər: Yüksək gəlir potensialı olsa da səhmlərin qiyməti dəyişkəndir. Böyük və təcrübəli şirkətlərin səhmləri daha sabit olur. Amma bəzən kiçik şirkətlərin səhmləri də daha çox qazanc gətirə bilər. Səhmlər ümumiyyətlə illik 7-10 faiz arasında gəlir gətirir. Əgər siz 10 min manat sərmayə qoysanız və hər il 8  faiz gəlir əldə etsəniz, 10 il sonra bu sərmayə 21589 manata yüksələr. Bu halda sərmayəniz müddətin sonuunda 2 dəfədən çox artacaq.

İstiqrazlar: İstiqrazlar sabit gəlir gətirən aktivlərdir. İnvestorlar bu aktivlərdən daha az risklə faydalana bilərlər. Məsələn, 5 faiz illik gəlir əldə edən istiqrazlarla  10 min manat sərmayə qoysanız, müddətin sonunda gəlirləriniz 16288  manat olacaq. Təxminən 63 faiz artım.

Qızıl və zinyət əşyaları: Qızıl və digər qiymətli metallar bütün dövrlərin ən yaxşı sərmayəsi sayılır. Qızılın illik qiymət artımı təxminən 7 faizdir. Məsələn 15 min manat ilə qızıl alırsınız və illik 7 faiz artım əldə edirsinizsə, 10 ildən sonra qızılın dəyəri 29463 manat olacaq. Bu halda qızılın dəyəri 10 il ərzində iki dəfədən çox artar. Amma son dövrlərin təcrübəsi göstərir ki, qızıl il ərzində daha çox bahalaşır. Təkcə son bir ildə artım 30 faizdən çox olub.

Əmlak: Əmlak alıb icarəyə vermək də uzunmüddətli sərmayə üçün yaxşı bir seçim ola bilər. Bu, illər ərzində gəlir əldə etməyə imkan verir. Azərbaycanda əmlakın illik qiymət artımı təxminən 7-10 faiz arasındadır. Əgər siz 50 min ilə əmlak alırsınızsa və qiymət ildə 8 faiz artarsa, 10 ildən sonra bu əmlakın qiyməti 107 min 374 manat olacaq.

Uzunmüddətli investisiyaların riskləri

Uzunmüddətli investisiyaların sabit gəlir və yüksək qazanc potensialı olsa da bunların da özünə məxsus riskləri və çatışmazlıqları mövcuddur. Bu riskləri və çatışmazlıqları anlamadan sərmayə qoymaq investorları istənilən vaxt gözlənilməz maliyyə itkiləri ilə qarşılaşdıra bilər.

Uzunmüddətli investisiyalar bir çox hallarda bazar dalğalanmalarından təsirlənir. Məsələn, səhmlər və qiymətli metallar kimi aktivlər bazar dəyişikliklərinə çox həssas ola bilər. Bu aktivlərin qiymətləri, qlobal iqtisadi vəziyyət, siyasi qərarlar, texnoloji dəyişikliklər və təbii fəlakətlərdən təsirlənə bilər.

Ümumi iqtisadi böhranlar, inflyasiya, deflyasiya və ya iqtisadi tənəzzül kimi hallarda uzunmüddətli investisiyaların dəyəri azala bilər. Məsələn, iqtisadi böhran zamanı səhmlərin və əmlakın qiymətləri kəskin şəkildə düşə bilər. Belə hallarda investisiyalarınızın əvvəlki dəyərini bərpa etməsi uzun illər çəkə bilər. Bazarın yenidən yüksəlməsi, bəzən illər çəkə bilər və bu, investorun gözlədiyi gəlirin təxirə salınmasına səbəb olur.

Səhmlərin qiymətləri qısa müddət ərzində əhəmiyyətli şəkildə düşə bilər, bu da investisiya portfelinizin dəyərini azalda bilər. Uzunmüddətli sərmayə qoyan bir investor bu enmələrdən qorunmaq və ya zamanla bərpa olunacağını gözləmək məcburiyyətində qalır. Bazarın yenidən yüksəlməsi, bəzən illər çəkə bilər və bu, investorun gözlədiyi gəlirin təxirə salınmasına səbəb olur.

Likvidlik problemləri

Likvidlik bir aktivin nağd pula çevrilmə sürətini və asanlığını ifadə edir. Bəzi yatırımlarım nağd pula çevrilməsi çətinliklər yaradır.

Əmlakın satılması xüsusilə bazar dalğalanmalarının olduğu dövrlərdə uzun zaman ala bilər. Sərmayə qoyan şəxsin dərhal pula ehtiyacı olduqda onu dəyər dətməzinə satmalı olur  ki, bu zaman yataırmından gözlədiyi nəticəni ala bilmir.

Qızıl və digər qiymətli metallar da uzunmüddətli sərmayə növləri kimi yaxşı seçim olsa da, onların likvidliyi bəzən problemlidir. Qızılın qiymətinin artması müəyyən dövrlərdə yaxşı nəticələr verə bilər, lakin onu satmaq müəyyən çətinliklərlə üzləşə bilər.

Uzunmüddətli investisiyalar zamanı inflyasiya real gəliri azaldan ciddi bir faktordur. İnflyasiya, qiymətlərin artması ilə nəticələnir və bu, investorların gəlirlərini əhəmiyyətli dərəcədə azaldar. Məsələn, əgər investisiyanız illik 7 faizlik gəlir gətirirsə və inflyasiya 5 faiz təşkil edirsə, real gəliriniz 2 fazi olacaq.

Uzunmüddətli investisiyaların ən böyük çatışmazlıqlarından biri investorun səbirli olma zərurətidir. Sərmayənin dəyərinin artması çox yavaş olur və investorların gözlədikləri böyük qazanc yalnız bir neçə il sonra baş verir. Bu müddət ərzində investorlar səbirlə gözləməli və bazar şəraitinin dəyişməsini qəbul etməlidirlər.Bütün qeyd olunanlar nəzərə alınaraq mütəxəssislər vəsaitlərin müxtəlif alətlərə  yatırılmasını məsləhət görür. Bu strategiya diversifikasiya adlanır və investorun risklərini əhəmiyyətli dərəcədə azaldır. Diversifikasiya, riskin yeganə bir aktivə və ya sektor üzərində toplanmaması üçün portfelin müxtəlif aktivlərə bölünməsi deməkdir. Bu yanaşma investorların bazarın qeyri-müəyyənliyinə qarşı daha dayanıqlı olmasına kömək edir.

Modern.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:473
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Noyabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see337

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see284

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see278

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see268

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see228

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see226

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see225

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see219

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see206

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see205

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see196

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see193

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see192

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see191

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see188

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see188

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see187

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see185

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see179

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri