Icma.az
close
up
RU
Daha çox qızıl medal qazana bilərdik Azərbaycan millisinin baş məşqçisi

Daha çox qızıl medal qazana bilərdik Azərbaycan millisinin baş məşqçisi

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 15 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandasının baş məşqçisi Namiq Quliyev gələn ay İtaliyada keçiriləcək Avropa çempionatında uğurlu çıxış etmək istədiklərini bildirib.

Fanat.Az xəbər verir ki, mütəxəssis Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışıb:

"Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, Rusiyanın nəticələri komanda hesabında nəzərə alınmır. Amma fərdi idmançılarını götürsək, əsas rəqiblərimiz yenə də şimal qonşularımızdır. Təbii ki, Gürcüstan komandasını da ciddi rəqib sayırıq. Düşünürəm ki, ən azı 6-7 medal qazana bilərik. Güləşçilərimizdən 3-4-ü finala yüksəlmək potensialındadır. Qızıl medalımızın da olacağını fikirləşirəm", - deyə N.Quliyev vurğulayıb.

O, qitə birinciliyinə hazırlıq məqsədi ilə Xaçmazda təlim-məşq toplanışı keçəcəklərini deyib:

"Mayın 24-dən iyunun 4-dək Xaçmaz Olimpiya İdman Kompleksində ümumi fiziki hazırlıq üzərində qurulu təlim-məşq toplanışı keçəcəyik. 3-4 günlük istirahətdən sonra yenidən Xaçmaza yollanacağıq. İyunun 8-dən 22-dək taktiki-texniki çalışmalara diqqət ayıracağıq. Xaçmazdan qayıdıb, dərhal Avropa çempionatına yola düşəcəyik. İyunun hava şəraitini nəzərə alıb, Xaçmazda toplanış keçməyimiz hərtərəfli məqsədəuyğundur".

Baş məşqçi martda Gəncə İdman Sarayında keçirilən U-15 ölkə birinciliyi barədə də fikirlərini bölüşüb:

"Gözlədiyimiz kimi alındı. Fərqlilik onda oldu ki, çempionluq gözlədiyimiz bəzi uşaqlar 2-3-cü yerləri tutdular. Favoritlərdən zədələndiyi üçün titul qazana bilməyənlər oldu. Ölkə birinciliyindən öncə Serbiyada keçirilən Gimnaziada üçün 10 nəfərlik heyət müəyyənləşdirmişdik. Onlardan yalnız biri Gəncədə özünü doğrultmadı. Həmin güləşçi ötən il ölkə çempionu və Avropa çempionatının iştirakçısı olmuşdu. O da zədələndiyi üçün bu dəfə yarışla erkən vidalaşdı. Gimnaziada üçün nəzərdə tutulan heyətdən 5 nəfər qızıl, 2 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazandı".

Quliyev son olaraq Serbiyada baş tutan Gimnaziadada 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan güləşçilərin çıxışından söz açıb:

"Çıxışımızı qənaətbəxş sayıram. Serbiyada güləş ölkələrindən ABŞ, Qazaxıstan, İran, Ermənistan, Ukrayna kimi ölkələr təmsil olunurdu. Ümumilikdə 20-dən çox ölkənin güləşçiləri mübarizə apardı. Beş güləşçimiz finala yüksəldi. Daha çox qızıl medal qazana bilərdik. İki final görüşündə qələbəni son saniyələrdə əldən verdik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 May 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see174

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see164

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see162

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see140

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri