Icma.az
close
up
RU
Daha diqqətli olmalıyıq Qurban Qurbanov

Daha diqqətli olmalıyıq Qurban Qurbanov

Icma.az, Publika.az saytına istinadən bildirir.

“Qarabağ” Azərbaycan Premyer Liqasının 19-cu turunda öz meydanında “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. “Şamaxı” öz oyununu get-gedə daha da təkmilləşirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm.

– “Qarabağ”ın bu gün iki qol buraxması sizin üçün sürpriz oldu?

– “Şamaxı”nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu “Şamaxı” yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq.

– Yoxlama oyunlarında gəncləri sınaqdan keçirdiz. Premyer Liqa matçlarında da belə olacaq?

– Hələ tezdir. Baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Məsumov var. Bir ay idi ki, komanda ilə məşq edirdi. Baxacağıq.Görsək ki, o sürətə dözmə qabiliyyətləri var, şans verəcəyik.

– Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul FKSB ilə matçda oynaya bilər, yoxsa planlar başqadır?

– Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin də, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtiamalı var. Bəzən heyəti rəqibə görə də formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. Beş günümüz var. Duruma bxacağıq.

– Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?

– Vadjiyə diqqət ayırmamışıq. Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər.

– “Qarabağ” hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı qərarını gözləyirsiz?

– Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyatı yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik heyətdə. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.

– Yassin Benzianın mövqeyində kimi görəcəyik?

– Andrade də, Zubir də ola bilər. Rəqibdən, edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.

– FKSB-ni analiz etmisiz. O komanda haqda nə deyə bilərsiz?

– Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.

– Mediada bəzi futbolçuların “Qarabağ”la adı hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdə məlumatlısız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiz?

– Tam məlumatlı deyiləm. Aftandil Hacıyev oradadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100 faiz qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəm. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.

– Gələn həftə İK-nin iclası olacaq. Beş illik strategiya planına ümidlisiz?

– İnanın ki, çox istəyərəm ətraflı danışım, sizinlə Azərbaycan futbolu haqda danışaq. Əgər bu qərar qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayıbsa, sizə fikir bildirə bilməyəcəm.

– Strategiya açıqlandıqdan sonra deyəcəksiz ki, filan təklifi mən vermişdim?

– Özüm təklif verməmişəm. Ümumi diskusiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəm, olmasa deyəcəm.

– Orada futboldan başı çıxan iki nəfər var…

– Bir az hörmətlə yanaşmaq lazımdır. Futboldan başı çıxmaq ağır kəlmədir. Orada oturan insanların hər biri də məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Bu tip suallardan qaçıram. Sadəcə tövsiyyəm odur ki, istənilən şəxsə, sahəyə, ələlxüsus da mediada bildiriləsi fikrə hörmətlə yanaşaq.

– Fasilə müddətdində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsüz?

– Neçə dəfə cavab verim? (gülür). Cavabım eynidir. Fikir bildirməyim düzgün olmazdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://publika.az
archiveBu xəbər 17 Yanvar 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri