Icma.az
close
up
RU
Qurban Qurbanov: Müdafiədə daha diqqətli olmalıyıq

Qurban Qurbanov: Müdafiədə daha diqqətli olmalıyıq

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 19-cu turunda öz meydanında "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. "Şamaxı" öz oyununu get-gedə daha da təkmilləşirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm.

- "Qarabağ"ın bu gün iki qol buraxması sizin üçün sürpriz oldu?

- "Şamaxı"nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu "Şamaxı" yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq.

- Yoxlama oyunlarında gəncləri sınaqdan keçirdiz. Premyer Liqa matçlarında da belə olacaq?

- Hələ tezdir. Baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Məsumov var. Bir ay idi ki, komanda ilə məşq edirdi. Baxacağıq.Görsək ki, o sürətə dözmə qabiliyyətləri var, şans verəcəyik.

- Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul FKSB ilə matçda oynaya bilər, yoxsa planlar başqadır?

- Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin də, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtiamalı var. Bəzən heyəti rəqibə görə də formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. Beş günümüz var. Duruma bxacağıq.

- Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?

- Vadjiyə diqqət ayırmamışıq. Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər.

- "Qarabağ" hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı qərarını gözləyirsiz?

- Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyatı yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik heyətdə. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.

- Yassin Benzianın mövqeyində kimi görəcəyik?

- Andrade də, Zubir də ola bilər. Rəqibdən, edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.

- FKSB-ni analiz etmisiz. O komanda haqda nə deyə bilərsiz?

- Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.

- Mediada bəzi futbolçuların "Qarabağ"la adı hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdə məlumatlısız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiz?

- Tam məlumatlı deyiləm. Aftandil Hacıyev oradadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100 faiz qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəm. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.

- Gələn həftə İK-nin iclası olacaq. Beş illik strategiya planına ümidlisiz?

- İnanın ki, çox istəyərəm ətraflı danışım, sizinlə Azərbaycan futbolu haqda danışaq. Əgər bu qərar qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayıbsa, sizə fikir bildirə bilməyəcəm.

- Strategiya açıqlandıqdan sonra deyəcəksiz ki, filan təklifi mən vermişdim?

- Özüm təklif verməmişəm. Ümumi diskusiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəm, olmasa deyəcəm.

- Orada futboldan başı çıxan iki nəfər var...

- Bir az hörmətlə yanaşmaq lazımdır. Futboldan başı çıxmaq ağır kəlmədir. Orada oturan insanların hər biri də məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Bu tip suallardan qaçıram. Sadəcə tövsiyyəm odur ki, istənilən şəxsə, sahəyə, ələlxüsus da mediada bildiriləsi fikrə hörmətlə yanaşaq. 

- Fasilə müddətdində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsüz?

- Neçə dəfə cavab verim? (gülür). Cavabım eynidir. Fikir bildirməyim düzgün olmazdı.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Yanvar 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri