Icma.az
close
up
RU
Daha hansı tibbi xidmətlər ödənişsiz ola bilər? Video

Daha hansı tibbi xidmətlər ödənişsiz ola bilər? Video

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, icbari tibbi sığortanın Xidmətlər Zərfi davamlı olaraq yenilənir, yeni tibbi xidmətlər əlavə olunur. Artıq 3315 tibbi xidmət əhalinin bütün təbəqələri üçün əlçatandır. Bir müddət əvvəl həkim resepti əsasında yazılan dərman vasitələrinin də icbari tibbi sığorta təminatına alınması məsələsi müzakirə olunurdu.

“Qafqazinfo” bu məqamda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin baş məsləhətçisi Kamal Süleymanovla həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

- Xidmətlər Zərfinə tibbi xidmətlər daxil edilərkən hansı meyarlar əsas götürülür?

- Xidmətlər Zərfində olan xidmətlər toplusunun tərkibi və məzmunu dövrü olaraq dəyişdirilir və genişləndirilir. Bu proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 dekabr tarixli 478 nömrəli Qərarı “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”na əsaslanır. Burada son 5 il ərzində olan xəstəliklər zamanı əhalinin ölüm faizi yüksək və geri dönməyən əlillik yaradan vəziyyətlər ilə bağlı statistik rəqəmlər əsas götürülür. Bundan əlavə, vətəndaş müraciətləri və tibb müəssisələrinin, aparıcı tibbi ictimai cəmiyyətlərin müraciətləri də toplanılır, müzakirə olunur və qanunvericiliyə uyğun olaraq Xidmətlər Zərfinə yeni xidmətlər əlavə olunur.

- Hansı yeni tibbi xidmətlərin Zərfə əlavə olunması gözlənilir?

- Beyin, ürək əməliyyatları, oftalmoloji xidmətlərin genişləndirilməsi, lor-cərrahiyyə, neyrocərrahiyyə ilə əlaqəli bir sıra cərrahi prosedurların artırılması planlaşdırılır. Hazırda bu məsələlər ictimai müzakirədə olduğuna görə, baxılma ərəfəsindədir. Biz öz fikirlərimizi bu sahədən olan mütəxəssislərlə paylaşmışıq və onlardan geridönüşlər gözləyirik. Onun əsasında da müzakirələrin növbəti mərhələləri başlayacaq. Bundan başqa, hazırlanan yeni Xidmətlər Zərfində tibbi xidmətlərin adı daha izahlı, ətraflı yazılıb və təkmilləşdirilib. Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı xidmətlərdə elektrokardiostimulyatorun növləri, əməliyyata daxil olan prosedurların təfərrüatlı ifadəsi, trombolizis terapiyası yəni qan laxtalarını əridərək damarları açmaq məqsədilə istifadə olunan fibrinolitik maddələrin adları qeyd olunub.

- Bir müddətdir dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınması ilə bağlı məsələ müzakirə olunur. Artıq bununla bağlı qanuna dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və oxunuşdan keçib. Burada hansı vasitələrdən söhbət gedir?

- Agentliyimiz tibbi sığorta haqqında qanuna dəyişiklik layihəsi hazırlayıb. Müsbət hal odur ki, artıq Milli Məclisdə buna baxılıb və layihə üçüncü oxunuşdan keçib.

Xəstəliklərin diaqnozuna uyğun olaraq həkim resepti əsasında yazılan dərman preparatlarının mərhələli qaydada təminatı tərəfimizdən nəzərdə tutulub. Konkret desək, biz bunu 3 mərhələyə bölmək niyyətindəyik. Qan-damar xəstəlikləri, həzm sistemi xəstəlikləri, tənəffüs və ağciyər xəstəliklərinin dərmanlarının mərhələli şəkildə təminatı nəzərdə tutulur.

- Ötən ay süd vəzi xərçəngi ilə mübarizə ayı idi. Bilirik ki, onkoloji xəstəliklərin müayinəsi və diaqnostikasının da icbari tibbi sığorta təminatındandır. Lakin bir çox hallarda insanlar bununla bağlı ətraflı məlumata malik olmurlar. İstərdim, bu barədə məlumat verəsiniz. Həmçinin gələcəkdə onkoloji xəstəliklərin müalicəsi də icbari tibbi sığortaya daxil edilə bilərmi?

- Xidmətlər Zərfində ən çox istifadə olunan laborator diaqnostik onkomarkerlər təminata alınıb. Pasiyentlər ixtisaslı həkim müayinəsinə getdiyi zaman onda süd vəzi xərçəngi şübhəsi yaranarsa, onu dəqiqləşdirmək üçün Xidmətlər Zərfi çərçivəsində mammoqrafiya , o cümlədən digər müayinələrdən də tibbi göstərişə əsasən yararlana bilərlər. Onkoloji diaqnostik müayinələr qrupunda Pap-testlər var, o da Xidmətlər Zərfində öz əksini tapıb. Pasiyentdə onkoloji xəstəlik diaqnozu təsdiqlənərsə, müalicə dövlət proqramı çərçivəsində aparılır.

Həmçinin onkoloji xəstələrin müalicəsi zamanı orqanizmdə laborator qan analizinin nəticələrinin izlənilməsinə zərurət yaranır. Bu zaman pasiyent TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciət etməklə analiz verə bilər. Bundan əlavə, Agentliyimiz tərəfindən müvafiq qurumla görüşlər keçirilib. Hazırda bu məsələnin statistik və resurs analizi gedir, mexanizmi araşdırılır. Bu analizlər yekunlaşanda yeniliklər barəsində ictimaiyyətə məlumat veriləcək.

Gülnar Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri