Icma.az
close
up
RU
Avtobuslar ödənişsiz ola bilər SƏBƏB

Avtobuslar ödənişsiz ola bilər SƏBƏB

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, avqustun 15-dən Bakı Metropolitenində aparılan təmir işləri səbəbindən “28 May”-“Nizami” istiqamətində qatarların hərəkəti dayandırılıb və bu vəziyyətin təxminən 11 ay davam edəcəyi bildirilir. Nəticədə “Dərnəgül” istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında düşərək təyin olunmuş ekspress avtobuslardan istifadə etməli olurlar. Bu isə sərnişin üçün əlavə 60 qəpik xərc deməkdir.

Məhz buna görə cəmiyyətdə həmin avtobusların ödənişsiz olması ilə bağlı tələblər səslənir. Metropolitendəki dəyişikliklə əlaqədar tətbiq olunan bu xüsusi marşrutların pulsuz olması mümkündürmü?

Bakıvaxtı.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ekspress avtobusların ödənişsiz olması ilə bağlı ictimai tələbi müsbət qiymətləndirir:

“Çünki nəqliyyat siyasətində əsas meyar yalnız tarif və gəlir deyil, vətəndaşın rahatlığı, əlçatanlığı və gündəlik xərclərinin azaldılması olmalıdır. Xüsusilə metroda yaranmış məhdudiyyətləri kompensasiya etmək üçün təşkil olunan ekspress marşrutlar adi kommersiya xidməti kimi deyil, müəyyən mənada ictimai ehtiyacdan doğan alternativ nəqliyyat xidməti kimi qiymətləndirilməlidir. Vətəndaş onsuz da nəqliyyatdan istifadə etmək üçün pul ödəyir”.

İqtisadçının fikrincə, əgər metro xəttində yaranmış problemə görə sərnişin alternativ ekspress avtobusdan istifadə etməyə məcburdursa, onun üzərinə əlavə maliyyə yükünün qoyulması yenidən nəzərdən keçirilməlidir:

“Burada söhbət böyük məbləğdən getməyə bilər. Amma hər gün işə və ya universitetə gedib-gələn vətəndaş üçün 50-60 qəpik əlavə ödəniş belə ayın sonunda nəzərəçarpacaq xərcə çevrilir. Xüsusilə tələbələr, aztəminatlı ailələr və gündəlik ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar üçün bu məsələ daha həssasdır”.

A.İbrahimovun sözlərinə görə, ekspress avtobusların müəyyən müddət ərzində ödənişsiz təşkil edilməsi mümkündür:

“Bunun üçün xidmətin xərcləri dövlət və ya şəhər büdcəsindən subsidiya edilə bilər. Əgər bu addım vətəndaşın rahatlığını artırır, avtomobildən istifadənin azalmasına və tıxacların yüngülləşməsinə səbəb olursa, həmin xərci yalnız xərc kimi qiymətləndirmək düzgün deyil. Hətta daha optimal model tətbiq oluna bilər: metro fəaliyyətində fasilə və ya məhdudiyyət yaranan zaman onu əvəz edən ekspress marşrutlarda vahid və ya pulsuz keçid sistemi tətbiq edilsin. Vətəndaş bir nəqliyyat xidmətində yaranmış problemin yükünü ikinci dəfə ödəniş etməklə daşımamalıdır”.

İqtisadçı deyib ki, ən azı 11 ay ekspress avtobusları ödənişsiz fəaliyyət göstərə bilər:

“Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis kimi bütün məsuliyyətimlə deyirəm ki, ən azı metro xəttinin normal fəaliyyətinə qayıdana qədər ekspress avtobusların ödənişsiz və ya əhəmiyyətli güzəştlə fəaliyyət göstərməsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Məsələn, Lüksemburqda ekspress marşrutlar ödənişsizdir. Düşünürəm ki, bunu Bakıda da tətbiq etmək olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri