Icma.az
close
up
RU
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər... Rusiya üçün yeni kabus

Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər... Rusiya üçün yeni kabus

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa liderləri ABŞ Prezidenti Donald Trampdan Polşa və Rumıniyaya döyüş təyyarələri, raketlər yerləşdirməyi xahiş ediblər. Onlar bunu Rusiyaya etibarlı təzyiq vasitəsi kimi görürlər. Bildirilir ki, bu istəyə Tramp şifahi razılıq verib, lakin sözügedən addım Avropada yeni təhlükəsizlik riskləri yaradacaq.

ABŞ qoşunlarının Polşa və Rumıniyaya yerləşdirilməsi mümkündür? Bu addıma Rusiyanın reaksiyası necə olacaq?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Avropa liderlərinin bu istəyi bir neçə mühüm strateji məqamı ortaya qoyur:

“Bu addım ilk növbədə Avropanın Rusiyaya qarşı hərbi balansı qorumaq və Ukraynadakı münaqişə fonunda öz təhlükəsizlik zəmanətlərini möhkəmləndirmək niyyətindən irəli gəlir. ABŞ prezidentinin şifahi razılığı Avropa üçün müəyyən güvən yaratsa da, prosesin hüquqi, texniki və siyasi tərəfləri hələ aydın deyil. Əgər ABŞ qoşunları və müasir silah sistemləri həqiqətən Polşa və Rumıniyada yerləşdirilsə, bu, NATO-nun şərq cinahının gücləndirilməsi anlamına gələr. Belə bir addım Avropanın müdafiəsini möhkəmləndirməklə yanaşı, Rusiyaya qarşı ciddi təzyiq vasitəsinə çevrilər. Ancaq eyni zamanda bu proses Moskvanın hərbi ritorikasını daha da sərtləşdirə, Rusiyanın həm siyasi bəyanatlarla, həm də hərbi təlimlər və sərhədlərdə qüvvə cəmləşdirməsi ilə cavab verməsinə səbəb ola bilər”.

Həmçinin oxuyun:

Böyük gücə qarşı yeni ittifaq: Regionda mübarizə başladı, tarixi “dost” geri çəkilir

Züriyə Qarayeva

Politoloq bildirib ki, Rusiya bu addımı öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirəcək:

“Kreml bunu “ABŞ-ın sərhədlərə yaxın hərbi ekspansiyası” kimi təqdim edərək, həm daxildə ictimai rəyi səfərbər etməyə çalışacaq, həm də Qərbə qarşı daha sərt mövqe sərgiləyəcək. Hətta ehtimal var ki, Moskva Kalininqrad bölgəsində və Qara dənizdə hərbi qüvvələrini artıraraq balans yaratmağa çalışsın. Beləliklə, ABŞ qoşunlarının Polşa və Rumıniyada yerləşdirilməsi real imkan kimi görünür, lakin bu, Avropa üçün əlavə təhlükəsizlik təminatı yaratdığı qədər, bölgədə gərginliyin daha da artmasına gətirib çıxara bilər. Prosesin uğuru həm ABŞ-ın konkret qərarına, həm də NATO daxilində konsensusa bağlıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri