Icma.az
close
up
RU
Rusiya üçün ölüm hökmü : Qırıcılar havaya qalxdı, 32 ölkə hərəkətə keçdi

Rusiya üçün ölüm hökmü : Qırıcılar havaya qalxdı, 32 ölkə hərəkətə keçdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

NATO Polşanın hava məkanına Rusiya PUA-larının daxil olmasından sonra sentyabrın 10-da Alyansın Nizamnaməsinin 4-cü maddəsini tətbiq edib. Məlumata görə, bu maddə məsələnin müzakirəsi, informasiya mübadiləsi və birgə addımların planlaşdırılmasını nəzərdə tutur.

Maraqlıdır ki, digər tərəfdən NATO-nun Baş katibi Mark Rutte isə Moskvaya xəbərdarlıq edib və Alyansın bütün ərazilərini qorumağa hazır olduğunu bildirib.

Rusiyaya qarşı hansı tədbirlər görüləcək? Müzakirənin nəticəsi mövcud gərginliyə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Polşa sərhədində kifayət qədər ciddi hadisələr baş verir:

“Bu, NATO blokunun həm mövqeyini, həm birliyini, həm də ona qarşı yönəlmiş təhdidlərə reaksiyasını test etmək baxımından diqqət çəkir. Alyans ilkin mərhələdə Polşa sərhədlərinin qorunması və dronların zərərsizləşdirilməsi ilə bağlı dəstək verib. Bu əməliyyat zamanı 4-cü maddə işə salınıb. Lakin hazırda hadisələrin kritik həddə çatdığını demək olmaz. Əgər vəziyyət daha da gərginləşərsə, bu zaman NATO-nun nizamnaməsinin 5-ci maddəsi tətbiq oluna bilər”.

Politoloq bildirib ki, Alyansa üzv ölkələr Polşaya açıq şəkildə dəstəklərini bəyan ediblər və bu hadisəni “təxribat” kimi qiymətləndiriblər:

“Hadisənin hərtərəfli araşdırılmasına isə ciddi ehtiyac var. NATO ölkələri uzun müddətdən sonra ilk dəfə belə bir təhdidlə üz-üzə qalıb. Rusiyaya qarşı müəyyən addımların atılması gözləniləndir. Avropa İttifaqı artıq Moskvaya ünvanlı sanksiyaların sərtləşdirilməsi ilə bağlı mövqe ortaya qoyub. Bundan əlavə, Ukraynada dron istehsalının genişləndirilməsi məqsədilə Kremlin dondurulmuş aktivlərindən əldə edilən 6 milyard dollar Kiyevə ayrılıb. Bu vəsait həm istehsalın artırılması, həm də sistemli şəkildə təşkil olunması üçün nəzərdə tutulub”.


Oqtay Qasımov

O.Qasımov qeyd edib ki, NATO Rusiya ilə birbaşa qarşıdurma istəmir.

“Alyansın əsas tərəfi kimi ABŞ Prezidenti Donald Trampın mövqeyi diqqət çəkir. Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri qorumağa çalışdığını bildirib və onunla danışacağını açıqlayıb. Lakin Vaşinqtonda Trampın bu təmkinli yanaşmasına etiraz edən qüvvələr də var. Ona təzyiq göstərərək Moskvaya qarşı sərt addımlar atmağa təşviq etməyə çalışırlar. Lakin hələlik konkret nəticə əldə olunmayıb. Tramp bu məsələdə tələsmək istəmir. NATO-nun mövqeyinə isə ABŞ-ın verəcəyi qərar həlledici təsir göstərəcək.

4-cü maddədə yer alan “birlikdə addım” ifadəsi NATO ölkələrinin siyasət baxımından bir-birinə dəstək verməsini, təhlükəsizliyin təmin olunmasında həmrəylik göstərməsini nəzərdə tutur.

Bu, həm də NATO daxilində birliyin, qarşılıqlı etimadın və həmrəyliyin göstəricisidir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri