Icma.az
close
up
RU
“Daha marş yazmayacam!” “Əsgər marşı”nın BƏSTƏKARI

“Daha marş yazmayacam!” “Əsgər marşı”nın BƏSTƏKARI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

1992-ci ildə sənət adamları cəbhə bölgəsinə gedir, əsgərlərə pay aparar, həm də onların könlün almaq üçün konsert verirdilər. Həmin səfərlərin birinə də bəstəkar Cavanşir Quliyev qoşulub. 1992-ci ilin əvvəllərində, hələ Şuşa ilə Laçın işğal olunmazdan əvvəl cəbhə bölgəsinə səfər zamanı Laçın batalyonunda Cavanşir Quliyevə sözləri Əli Kaminə məxsus şeir verirlər ki, bu sözlərə bir marş yazsın, çünki cəbhədə əsgərlər üçün oxumağa öz dilimizdə mahnı yoxdur, hamısı ruscadır.
Cavanşir Quliyev həmin vərəqi götürüb Bakıya gəlir. Bakıda Azərbaycan Televiziyasının o vaxtkı rəhbəri Elşad Quliyev də bəstəkardan marş yazmağı xahiş edir. Xocalı faciəsindən sonra həm ön, həm də arxa cəbhədə insanlar narahat idi, bu narahatlığın aradan qalxması üçün də milli ruhlu vətənpərvərlik marşlarına ehtiyac duyulurdu. Elşad Quliyev Cavanşir Quliyevdən bu işin üstünə bərk düşməyi xahiş edir. Cavanşir Quliyev də cəbhədəki vəziyyəti görəndən sonra inamla marş yazmağa başlayır.
Marş ilk dəfə Laçın batalyonundakı əsgərlərə dinlədilib. Elə bəstənin ilk adı da məhz “Laçın batalyonunun marşı” olub. Tezliklə bu bəstə ölkənin dörd bir yanına yayılır, hamı da ona “Əsgər marşı” deməyə başlayır. Cavanşir Quliyev də marşın yeni adı ilə razılaşır. 

Bundan əlavə, Cavanşir Quliyev “Fərhad” filmi üçün də “Qarabağ marşı” bəstələyir. Ancaq bu bəstənin filmə uyğun gəlmədiyi düşünüldüyündən istifadə olunmur. Şəxsi arxivində səsi saxlayan C.Quliyev İkinci Qarabağ müharibəsində ilk dəfə bu bəstəni öz Facebook hesabında paylaşıb. Qısa zamanda populyarlıq qazanan həmin marş Vətən müharibəsi dövründə ən çox dinlənilən bəstələrdən birinə çevrilir. 

Modern.az-a açıqlamasında Cavanşir Quliyev yeni marşlara münasibət bildirib:
“O bəstələrə mən deyil, siz - dinləyicilər dəyər verməlidir. Mən yazılan bəstələrin hamısını dinləməmişəm, ona görə də nəsə demək düzgün olmaz. Azərbaycana döndüyüm cəmi 3 ildir, olmadığım 17 ildə çox əsər yazılıb,  onları dinləməyə vaxtım yoxdur. Amma bəstələrin nə qədər uğurlu olması dinləyicilərin yaddaşında qalmasından aslıdır”.
1993-cü ildə yazdığı “Qarabağ marşı” da dinləyicilər tərəfindən sevilən C.Quliyev daha marş yazmayacağını da açıqlayıb.
“Mən marşımı yazdım. Adam neçə dəfə sübut edər ki, dəvə deyil? Daha marş yazmayacam!”.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri