Daim üşüyən insanlara xəbərdarlıq: Təhlükəli xəstəlik əlaməti ola bilər
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyalı kardioloq Yuri Belenkov daim üşümə hissindən əziyyət çəkən insanlara təhlükəli xəstəlik riskləri barədə xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, həkim bu barədə "Rossiya-1" telekanalının efirində danışıb. Yuri Belenkov daim soyuq hiss etməyin hansı ciddi xəstəliklərin əlaməti ola biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, daim üşümək hipotireoz (qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi) əlaməti ola bilər. Həkim bu xəstəliyin digər simptomları kimi xroniki yorğunluq, yuxululuq, dəri quruluğu və saç tökülməsini də qeyd edib.
Yuri Belenkov xüsusi olaraq vurğulayıb ki, əgər hipotireoz vaxtında müalicə edilməzsə, bu, ürəyin işemik xəstəliyinə yol aça bilər. Nəticədə ürək əzələsi oksigen və qida maddələri ilə kifayət qədər təmin olunmur ki, bu da həyati təhlükə yaradır. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 20 Fevral 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















