Icma.az
close
up
RU
Daim yemək istəyirsinizsə… 7 BİLMƏDİYİNİZ SƏBƏB

Daim yemək istəyirsinizsə… 7 BİLMƏDİYİNİZ SƏBƏB

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

İştahanız səbəbsiz artıbsa, daim yemək istəyirsinizsə, buna ciddi fikir vermək lazımdır. Bəzən bu hal orqanizmdə baş verən hər hansı pozulmaya işarə edə bilər.

Saglamolun.az sizi iştahanın artmasının bəzi bilmədiyiniz səbəbləri ilə tanış edir:

1. Depressiya

Bəzi depressiyadan əziyyət çəkən insanlar yeməkdən demək olar tam imtina edir, lakin bir çoxları isə əksinə daim yeyir və özünə nəzarət edə bilmir. 

2. Yuxunun az olması

Alimlərin müşahidələrinə görə, yuxusuzluqdan əziyyət çəkən, müxtəlif səbəblərə görə (iş rejimi, normal yuxu üçün şəraitin olmaması və s.) az yatan insanlar artıq çəki və piylənmədən nomal yuxu alan insanlarla müqayisədə daha tez-tez əziyyət çəkirlər.

Yuxunun az olması hormonlara və xüsusilə iştahanı tənzimləyən leptin və qrelin hormonlarına təsir edir. Bu hormonların tarazlığı pozulanda iştaha artır.

3. Səhər yeməyindən imtina

Səhər yeməyi ən vacib qida qəbuludur. Səhər yeməyi orqanizmdə mübadilə proseslərini “qoşur”. Müşahidələr göstərir ki, səhər yeməyindən imtina edən insan gün ərzində daim anomal aclıq hiss edir, daha çox yeyir və onda doymaq hissi gec yaranır.

4. Stress

Stress insanı daha çox yeməyə vadar edir. Stress vəziyyətində insan daha çox şirniyyat və kalorili yeməklərə üstünlük verir.

5. Qidalanmada zülalın çatışmazlığı

Zülallar gec parçalanır və mənimsənilir və nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Zülalla zəngin olan məhsullar arasında: ət, balıq, yumurta, süd məhsulları və s.

6. Lifli qidaların azlığı

Liflə zəngin olan məhsullar (tərəvəzlər, paxlalılar, yarmalar və s.) da gec həzm olunur və qanda qlükozanın səviyyəsini stabil saxlayır. Bildiyimiz kimi, qanda şəkərin kəskin artması aclığa səbəb olur.

7. Qanda şəkərin yüksək səviyyədə olması

Əgər şəkərin səviyyəsi normal tənzimlənmirsə, insan tez acır, doymur və yeməkdən az bir müddət keçdikdən sonra yenə yemək istəyir. Bu şəkərli diabetin inkişafına işarə edə bilər.  

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri