Icma.az
close
up
RU
Daimi Nümayəndəlik Xocalı soyqırımının ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb

Daimi Nümayəndəlik Xocalı soyqırımının ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb.

AZƏRTAC-ın məlumatına görə, məktubda 33 il əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən böyük soyqırımının törədildiyi, bir gecədə Xocalı şəhərinin işğal edilərək, 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, həmin gün daha min Xocalı sakini yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb.

Məktubda vurğulanıb ki, bir sıra beynəlxalq təşkilatlar, milli parlamentlər, tanınmış beynəlxalq hüquqşünaslar, xarici jurnalistlər, insan haqları müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları Xocalıdakı qətliamı soyqırımı aktı və ya insanlığa qarşı cinayət kimi pisləyiblər.

“Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, geniş və sistemli şəkildə etnik və dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşilik siyasətinin tərkib hissəsidir. Bundan başqa, hərbi məqsədlərə nail olmaq üçün təcavüzkar tərəfindən Azərbaycanın dinc əhalisinin qanunsuz şəkildə hədəfə alınması, girovların götürülməsi və saxlanması, əsirlərə və mülki məhbuslara qarşı pis rəftar və onların qısa müddətdə edam edilməsi, etnik təmizləmə, Azərbaycanın yaşayış məntəqələrinin geniş şəkildə dağıdılması, dinc əhaliyə divan tutulması, mədəni və dini irsin məhv edilməsi kimi qadağan olunmuş müharibə üsulları və vasitələrindən istifadə edilib”, - deyə məktubda bildirilib.

Həmçinin Azərbaycanın 2020-ci ilin dördüncü rübündə və 2023-cü ilin sentyabrında həyata keçirdiyi əks-hücum əməliyyatı və lokal antiterror tədbirlərindən bəhs edilib, bunun nəticəsində Azərbaycan ərazilərinin qanunsuz işğalına son qoyulduğu, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının təmin edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə, o cümlədən Xocalıda 600-dən çox insanın cəsədlərinin olduğu 18 kütləvi məzarlıq aşkar edilib.

“Hüquqi aspektə gəlincə, dövlətlərin ən ağır cinayətləri törədənləri cəzalandırmaq öhdəliyi müvafiq beynəlxalq sənədlərdə, o cümlədən Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən dəfələrlə təsdiqlənib. Azərbaycan milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq, beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozuntularını araşdırmaq və mühakimə etmək üçün qətiyyətli addımlar atıb. Bununla belə, cinayətkarların əksəriyyəti Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq, cəzasız qalmağa davam edirlər. Onların törətdiyi cinayətlərin inkar edilməsi və məlumatsızlıq, o cümlədən müxtəlif siyasi üsullarla, kütləvi informasiya vasitələrində, parlamentlərdə və beynəlxalq qurumlarda qarayaxma kampaniyaları ilə Azərbaycana mane olmaq cəhdləri beynəlxalq hüquqa və qanunun aliliyinə açıq-aşkar hörmətsizlik təşkil edir, regionda davamlı sülhün təmin olunmasına təhlükə yaradır. Ciddi qanun pozuntularına görə məsuliyyətə cəlb etmək vacibdir və qaçınılmaz olmalıdır. Azərbaycan öz xalqına qarşı törədilmiş vəhşilikləri heç vaxt unutmayacaq və ədalətin təmin edilməsi, o cümlədən regionda sülhün və sabitliyin qurulması, davamlılığı və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək”,- deyə məktubda bildirilib.

Məlahət Nəcəfova 
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri