Icma.az
close
up
RU
Dalğalan, Vətənimin hürriyyət carçısı!

Dalğalan, Vətənimin hürriyyət carçısı!

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Dalğalan, azad yurdumun üçrəngli, ay-ulduzlu Bayrağı! 

Sən dalğalandıqca, Vətənin azadlıq nəfəsi bütün dünyaya yayılır. 8 Noyabrın əzəməti sənin hər bir titrəyişində yaşayır. Sən illərlə susan bir xalqın qətiyyətinin və qüdrətinin göylərin ən uca zirvəsinə sancılmış müqəddəs nişanəsən. Qazandığımız zəfərlə keçmişin ağrıları geridə qaldı. indi Sən qələbənin əzəmətini və gələcəyin sarsılmaz əminliyini təcəssüm etdirirsən. Sən bu Zəfərin əbədi simvolu, ruhumuzun daxili bəyanatısan. Üçrəngli Bayrağım, Sən 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinin uca səsi, tarixi ədalətin bərpasının parlaq nişanəsisən. 

Ey şanlı Bayrağım!

Sənin hər bir zolağın Zəfər fəlsəfəsinin dərin mənasını daşıyır. Mavi zolağın Türkçülüyün, Böyük Birliyin sarsılmaz rəmzidir. Bu rəng igid əsgərlərimizin baxışındakı qətiyyətlə yanaşı Azərbaycanın geosiyasi qüdrətinin və regional liderliyinin başlanğıcını simvolizə edir. Qırmızı zolağın tərəqqinin və mübarizənin alovlu enerjisidir, düşmən sədlərini yarıb keçən iradənin qəti təcəssümüdür. O, şəhidlərin müqəddəs qanından güc alır, baxışını isə həmişə irəliyə, dirçəlişə və yenidənqurmaya yönəldir. Mərkəzindəki aypara və səkkizguşəli ulduzun isə tarixi ədalətin göylərdən enmiş möhürü, millətin əbədi iman və vəhdət simvoludur. Yaşıl zolağın mənəvi birliyimizin, Böyük Qayıdışın və Vətənin çiçəklənməsinin dəyişməz vədidir.

Bu Zəfər manifestinin ən dərin mənalı möhürü – Şuşanın azadlığı anıdır. Sənin Şuşa qalasının üzərində ilk dəfə dalğalanmağın, otuz illik susqunluğun təntənəli nidası idi! O an sən Qarabağın sərt küləklərində Hürriyyətin səsini Kainata yayan carçıya çevrildin. Şuşanın hər daşı, hər nəfəsi “Azərbaycan!” nidası ilə sənin dalğalanmağını alqışladı.

Bu gün sən hərbi paradlarda, dövlət mərasimlərində, xalqın qəlbində keçmişin qəhrəmanlığını və gələcəyin inamını özündə birləşdirən sarsılmaz vəsiyyət kimi qürurla dalğalanırsan. Sənin dalğalanmanla başlanan yeni mərhələ müharibənin sonu yox, Quruculuğun təntənəli başlanğıcıdır.

Sənin himayəndə birləşən Qalib Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü qətiyyətlə bəyan edir. Sənin ətrafında möhkəmlənən xalq və dövlət birliyi bu Zəfərin sarsılmaz qarantıdır. Bizim müqəddəs borcumuzdur ki, səni həmişə uca tutaq, sənin kölgəndə azad edilmiş torpaqları çiçəkləndirək, gələcək nəsillərə Qüdrətli Vətən miras qoyaq.

Sən əbədi dalğalanacaqsan! Çünki artıq Qarabağın zirvəsindən bütün dünyaya əbədi hökmünü oxuyursan:

Bu Vətən Azad, Bu Millət Qalibdir!

Dalğalan, Vətənimin Hürriyyət Carçısı!

İlahə Allahverdiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri