Mən Vətənimin imzasını daşıyıram... Alman yazıçıdan sitatlar
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün alman yazıçı və şair Hüqo Ballın anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Burada (Kabare Volterdə) danışılan və oxunan hər bir söz azı bu bir həqiqəti ifadə edir: bu alçaldıcı əsr bizim hörmətimizi qazanmağa müvəffəq olmayıb.
***
Dəqiqlik başını götürüb cəhənnəmə gedə bilər.
***
Niyə bir ağaca Pluplusç adını vermək olmasın?
***
Əgər təmizliyi, nizamı və qanunu qəbul edirdinsə, deməli, polisi də qəbul etməli olurdun.
***
Önəmli olan məşq deyil, ilhamdır.
***
Mən Vətənimin imzasını daşıyıram və haraya getsəm, onunla əhatə olunduğumu hiss edirəm.
***
Ah, parıldayan işığın və tikanlı məftillərin, ilkin qüvvənin və uçurumun əsri!
***
Sənətkarın sirri qorxu və ehtiramdadır. Bizim dövrümüz isə bunları dəhşətə və ümidsizliyə çevirib.
***
Hər şey işləyir; bir tək insanın özü artıq işləmir.
***
Qüsursuz bəşəriyyət deyə bir şey yoxdur.
***
İnsan ürəyini alnına döyməlidirmi? Onda bütün dünya görərdi: ürəyi başına vurub. Mürəkkəb rəngində, ölüm kimi mavi, əzab dolu bir ürək olacağı üçün demək olar ki: ölüm onun başına vurdu. Biz sadəcə olaraq dəhşətin bizi nə qədər dərindən vurduğunu qeyd etməliyik.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva
Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq genişləndiriləcək Amerikalı repçi P. Diddinin həbs müddəti yenidən qısaldıldı "İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 Sentyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















