Icma.az
close
up
RU
Damarlarda TROMBLARIN təhlükəsi və simptomları

Damarlarda TROMBLARIN təhlükəsi və simptomları

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tromb qan laxtasıdır. Tromb damarın tamlığı pozulanda (məsələn, travma zamanı) damarın divarını sanki bağlamaq və qanaxmanı dayandırmaq üçün əmələ gəlir və bu orqanizmin təbii qoruyucu mexanizmidir.

Əgər bu mexanizm olmasaydı insanlar adi kiçik travmadan qanaxmaya görə ölə bilərdilər.

Lakin bəzi xəstəliklər zamanı tromblar orqanizmdə daha tez-tez və ciddi səbəb olmadan əmələ gəlməyə başlayır ki, bu artıq insan sağlamlığı və həyatı üçün təhlükə yaradır.      

Tromb qan axını ilə damarlar boyu hərəkət edəndə daha nazik damara düşə və onu tam bağlaya bilər. Bu ağciyər, beyin və ya ürək damarında baş verərsə insan ölə bilər. Əgər tromb ətrafın (əsasən ayaq damarlarında baş verir) damarını bağlayarsa insanda qanqrena inkişaf edə bilər.

Saglamolun.az bildirir ki, Thrombosis UK (Böyük Britaniya) təşkilatının açıqladığı statistikaya görə, “Qərbdə hər 37 saniyədə 1 insan venoz tromboemboliyadan ölür. Hər il trombların ağırlaşmalarından daha çox insan həlak olur nəinki avtomobil qəzaları, süd vəzi xərçəngi və QİÇS-dən birlikdə».

Thrombosis UK-nın mütəxəssisləri qeyd edirlər ki, tromblar daha çox ətraflarda əmələ gəlir.  

Trombun qol və ya ayaqda simptomları:

- nəbz kimi vuran və ya tutmaşəkilli ağrı

- tromb olan sahənin şişməsi

- tromb olan sahənin qızarması

- həmin yerin isti olması.

Simptomların daha yüngül və ya ağır olması trombun ölçüsündən asılıdır. Tromb kiçikdirsə, ətraf bir qədər şişə bilər və ağrı az ola bilər. Tromb iri olanda bütün ətraf şişir və insan çox ciddi ağrı hiss edir.

Trombun digər simptomları arasında: qəfil əmələ gəlmiş təngənəfəslik, sinədə kəskin ağrılar (ağrılar nəfəs alanda daha da arta bilər), öskürək (bəzən qanlı). Bu simptomlar əmələ gələndə vaxt itirmədən həkimə müraciət edin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri