Icma.az
close
up
RU
Damarları tıxayır, oksigen çatmır Xeyli insan bu səbəbdən ölür: Açıqlama

Damarları tıxayır, oksigen çatmır Xeyli insan bu səbəbdən ölür: Açıqlama

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnfarkt və insult adətən qəfil baş vermir. Bu xəstəliklərin formalaşması illərlə davam edən risk faktorlarının toplanması nəticəsində baş verir.
Bizim.Media xəbər verir ki, bunu kardioloq, Rusiya Səhiyyə Nazirliyinin Tibb və Profilaktika Mərkəzinin elmi əməkdaşı Yelizaveta Roqojkina deyib.
O bildirib ki, infarkt və insultun yaranmasında yeddi əsas risk faktoru var və onların çoxunu nəzarətdə saxlamaq mümkündür.
Mütəxəssis vurğulayıb ki, hər iki xəstəlik əslində aterosklerozun nəticəsidir, yəni damarların tədricən sərtləşməsi və daralması nəticəsində yaranan qan dövranı pozuntusunun. Damar divarlarında yaranan lipid təbəqələri qan axınının qarşısını alır və toxumaları oksigensiz qoyur. Əgər bu tıxanma ürəyə qan daşıyan damarda baş verirsə, infarkt, beyinə qan aparan damarda baş verərsə isə insult yaranır.
 

Roqojkinanın sözlərinə görə, xroniki stress, yuxu çatışmazlığı, düzgün olmayan qidalanma, yüksək təzyiq, yüksək xolesterin, siqaret çəkmə, şəkərli diabet, artıq çəki və fiziki passivlik bu xəstəliklərin başlıca səbəbləridir.


Kardioloq xüsusilə trans və doymuş yağların çox qəbul edilməsinin "pis" xolesterini artırdığını, bunun da damarların tıxanmasına və aterosklerozun sürətlənməsinə səbəb olduğunu qeyd edib. Siqaret çəkmə damar spazmına və qanda oksigen səviyyəsinin enməsinə gətirir, bu da ürək-damar sistemini daha da zəiflədir.
Mütəxəssis əlavə edib ki, yuxusuzluq və stress orqanizmdə kortizol səviyyəsini yüksəldir və bu da qan təzyiqinin artmasına, iltihabi proseslərin güclənməsinə səbəb olur.
Roqojkina bildirib ki, balanslı qidalanma, gündəlik fiziki aktivlik və siqaretdən imtina infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. O, həmçinin hər kəsə ildə ən azı bir dəfə təzyiq, xolesterin və qlükoza səviyyəsini yoxlatmağı tövsiyə edib. (Milli.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri