Dambrauskas Sabah ı 95 min manat ziyana saldı heç hənanın yeri idi?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Misli premyer-liqasının 17-ci turu çərçivəsində keçirilən "Zirə" - "Sabah" matçı qonaqların futbolçusu Stefan Endenin yüksək liqada debütüylə əlamətdar oldu.
"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas 83-cü dəqiqədə Xəyal Əliyevi əvəzedici komandanın üzvü olsa da, sonradan adı əsas çempionat üçün iştirak ərizəsinə salınan və qış təlim-məşq toplanışında iştirak edən legionerlə əvəzlədi.
İş ondadı ki, bu, adi əvəzetmə deyil. Çünki cari mövsümdə indiyə qədər "bayquşlar"ın heyətində 14 legioner forma geymiş, klub AFFA-nın tətbiq etdiyi rüsum qaydalarına əsasən, federasiyanın kassasına 285 min manat ödəmişdi. Daha bir əcnəbinin premyer-liqada meydana çıxması "Sabah"ın daha 100 min manat ödəməsiylə nəticələnəcəkdi. Amma Masazır təmsilçisi buna görə AFFA-ya 95 min manat ödəməlidi. Çünki klub mövsümün əvvəlində əvəzedici heyətdə forma geyən oyunçuya görə 5 min manat ödəmişdi. Belədə həmin vəsait premyer-liqa üçün verilməli olan məbləğdən çıxılır.
Hələ onu demirik ki, Endenin ayağı "Sabah" üçün düşərli olmadı. Çünki o meydana çıxar-çıxmaz "Zirə" birinci hissədə buraxılan 3 qoldan birinin əvəzini çıxdı.
Xatırladaq ki, matç "bayquşlar"ın 3:1 hesablı qələbəsiylə sona çatdı.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 31 Yanvar 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















