Azərbaycanda oynamış litvalı futbolçu: Dambrauskas “Sabah”ı çempion edə bilər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 23 dekabr, AZƏRTAC
Vaxtilə Azərbaycanda çıxış etmiş litvalı veteran futbolçu Deyvidas Çesnauskis “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın Azərbaycandakı fəaliyyətini şərh edib.
“Bakı”nın 44 yaşlı keçmiş müdafiəçisi AZƏRTAC-a açıqlamasında həmyerlisinin öz işində peşəkar olduğunu deyib.
Litva millisinin sabiq üzvünün fikrincə, Dambrauskasın rəhbərliyi altında çıxış edən komandalar stabil və uğurlu nəticələri ilə fərqlənir: “Dambrauskas təcrübəli və yüksəksəviyyəli baş məşqçidir. Onun komandaları, bir qayda olaraq, yaxşı performans nümayiş etdirir. Lakin nəzərə almaq lazımdır ki, mövsümün yalnız yarısı arxada qalıb. Qarşıda həlledici oyunlar var və turnir cədvəlinin ön sıralarında mübarizə son dərəcə gərgindir”,
D. Çesnauskis bildirib ki, hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderlər qrupunda xal fərqi çox azdır və hər bir oyun ümumi vəziyyətə ciddi təsir göstərə bilər: “Bu baxımdan “Sabah”ın mövsümün qalan hissəsində göstərəcəyi oyun baş məşqçi Valdas Dambrauskasın işinə daha obyektiv qiymət verməyə imkan yaradacaq. Düşünürəm ki, komandanın hazırkı baş məşqçinin rəhbərliyi altında çempion olmaq şansı var”.
Deyvidas Çesnauskis 2011-2014-cü illərdə “Bakı”nın şərəfini qoruyub.
Qeyd edək ki, “Sabah” mövsümün ilk hissəsini 37 xalla birinci pillədə tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 23 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















