Icma.az
close
up
RU
Dambrauskas: “Zaman haqlı olduğumu göstərəcək”

Dambrauskas: “Zaman haqlı olduğumu göstərəcək”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Sabah” – “Orhus” oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Futbolçularımla qürur duyuram, onlara təşəkkür edirəm. Bugünkü qələbədə hər kəsin əməyi oldu. Məğlub olduğumuz səfər oyunundan dərslər çıxardıq. Bu matçdan sonra özümüzə daha çox inanırdıq və hazırlıqlı idik. Oyundan əvvəl də qeyd etmişdim, kim hazır olacaq, kim az səhvlər edəcək, mərhələ adlayacaq. Detallar bu gün önəmli rol oynadı. Səhvləri düzgün təhlil etdik və meydanda tapşırıqları doğru icra etdik. İlk hissədə rəqibə sadəcə bir şans verdik və bu anda qapıçımız gözəl seyv etdi. Oyunun əvvəlindən sona qədər daha istəkli tərəf biz idik. Ritmi saxladıq, oyuna nəzarət etdik. İlk qol psixoloji əngəli aşmaq üçün çox vacib idi. Fərqi artırandan sonra daha rahatlaşdıq və fərqi artırmağı bacardıq. İndi bu qələbəni qeyd etməli, növbəti gündən hazırlıqlara yenidən başlamalıyıq. Bugünkü qələbəyə görə çox xoşbəxtəm.

– Pley-offda hansı komandanı rəqib görmək istərdiniz?
– Səmimi desəm, bu haqda düşünmürəm. Kimin bizə uyğun olduğunu bilmirəm. Əvvəlcə qarşıdakı “Kəpəz”lə matça hazırlaşmalıyıq. Mövsümün ilk çempionat oyunudur, rəqibi tanımırıq, heyətlərində yeni oyunçular var. Fərqli emosiya, əhval olacaq. Buna görə də indi sadəcə “Kəpəz” haqqında düşünəcəyəm.

– Bu mövsüm azarkeşlərinizin önündə qol buraxmadan qələbələr qazanırsınız. Bu, nədən irəli gəlir?
– Xüsusi resept yoxdur. Çalışırıq ki, dominant olaq, üstün futbol sərgiləyək. Fərqli rəqiblər, fərqli sistemlərə qarşı hazırlaşırıq. Məsələn, TNS və “KuPS” daha kompakt müdafiə olunmağı bacaran komanda idi. Onlara qol vurmaqda çətinlik çəkmişdik. Bu gün isə ilk qoldan sonra rəqib irəli atıldı, boşluqlar verdi. Bəlkə, daha çox qol vura bilərdik. Lakin futbol belədir, bəzən hər şey istədiyin kimi alınmır.

– Effektiv mərkəz hücumçusuna ehtiyacınız olduğunu deyə bilərik?
– Geniş heyətimiz var. Bəlkə də, 10-a yaxın futbolçumuz hələ startda oynamayıb. Keyfiyyətli oyunçularımız da özlərini sübut edəcəklər. Heyətimizdə 25 çox yaxşı futbolçu var.

– Qarşıda uzun marafon var. Qapıçı mövqeyinə transfer düşünürsünüz?
– 4 qapıçımız var. Rəvan, Rauf, Amin və Pokatilov. Üç gənc qolkiperimiz də çox istedadlıdırlar və onlara güvənirəm. Zaman haqlı olduğumu göstərəcək.

– Pley-off matçını hansı stadionda oynayacaqsınız?
– Bu, rəhbərliyə aid sualdır. Dəqiq bilirəm ki, Masazırda oynaya bilməyəcəyik.

– Mikelsin mərkəz hücumçusu kimi daha effektiv olduğunu düşünmürsünüz?
– Mikelsin fərqli mövqelərdə oynaya bilməsi bizim üçün çox faydalıdır. Xoşbəxtəm ki, belə universal futbolçularım var. Danimarkadakı oyunda rəqib fərdi mübarizələrə çox girirdi. Belə taktikaya qarşı üstünlük əldə etmək istəyirsənsə, çox hərəkətdə olmalısan. Mbina həmin matçda meydana daxil olandan sonra boşluqlar yarada bildi, bizim üstünlüyü ələ almağımıza kömək oldu. Bu gün isə rəqib fərqli sistemlə oynadı. Onların daha çox təzyiq edəcəyini düşünürdük, amma geri çəkilməyə başladılar. Mikels sol cinahda oynasa da, sərbəst idi. Daim boşluq axtarışında idi. İlk qolda Mikelsin assistindən çox komandamın təzyiqini qeyd edərdim. Bu gün meydana çıxan bütün futbolçulardan məmnunam. Mbina da işini yaxşı gördü.

– Severina üç dəfə sol ayaqla zərbə endirməyə çalışsa da, alınmadı. Sonda isə sağ ayaqla fərqləndi. Bu, sizin tapşırığınız idi?
– Severina iki ayağından da yaxşı istifadə edə bilir. Kifayət qədər təhlükəli oyunçudur. Top oyunçular hər zaman çalışır ki, rəqibləri təəccübləndirsinlər. Maluda da gələndə hər dəfə eyni şeyi edirdi. Ona izah etdik ki, bənzər şeyləri təkrarlama. Severina da bu gün fərqli şəkildə qol vurdu. Bu gün meydana çıxanda ona tapşırdım ki, qapıya çox zərbə endirsin.

– Qələbəni necə qeyd edəcəksiniz?
– Kimsə məni hardasa məkanda nəsə qeyd edəndə görüb? Bu, işimizdir. Qələbəni qeyd etməyimiz də yekunlaşıb. Evə gedib, növbəti rəqiblərin oyunlarına baxacağıq, təhlillər aparacağıq. Hazırda düşündüyüm bunlardır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Avqust 2026 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri