Icma.az
close
up
RU
“Bu səhifənin necə yazılacağını zaman göstərəcək”

“Bu səhifənin necə yazılacağını zaman göstərəcək”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“İranın prezidenti Məsud Pezeşkianın Azərbaycanın ünvanına səsləndirilən tənqidi fikirlər və İranın əvvəlki illərdəki siyasətinin "yanlış" olduğunu bildirməsi regionda və xüsusən Azərbaycan cəmiyyətində maraq və ümid doğurub. Pezeşkianın çıxışları Tehran-Bakı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilsə də, İran daxilindəki mürəkkəb siyasi struktur və qərarverici mexanizmlər bu prosesin asan olmayacağının xəbərçisidir. Pezeşkianın sözləri, real dəyişiklik, yoxsa diplomatik jestdir sualı yaradır. Məsud Pezeşkian prezidentliyə namizədlik dövründə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə və region dövlətləri ilə mehriban qonşuluq siyasətinə üstünlük verəcəyini vurğulamışdı. Seçkidən sonra səsləndirdiyi bəyanatlar isə göstərir ki, o, Tehran-Bakı münasibətlərində yaranmış gərginliyi azaltmaq niyyətindədir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

Politoloq bildirib ki, Pezeşkianın "İranın Azərbaycanla bağlı siyasəti yanlış idi" bəyanatı, əslində, təkcə xarici deyil, həm də daxili auditoriyaya ünvanlanmış ismarıcdır: “O, həm Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, həm də İran daxilində müəyyən islahatlara hazırlıq mesajı verir. Məsələyə bir az da detallı baxsaq nəzərə çarpan siyasi reallıqlar hansılardır? İranın daxili reallıqları, Pezeşkianın əl-qolu nə qədər açıq olmasıdır. İranda prezident postu formal olaraq ölkənin ikinci ən yüksək icra hakimiyyəti orqanıdır. Lakin ali qərarverici qüvvə hələ də dini liderin, Ayətullah Əli Xameneinin əlində cəmlənib. Xarici siyasət sahəsində də əsas istiqamətlər məhz Ali Milli Təhlükəsizlik Şurası və dini rəhbərlik tərəfindən müəyyən edilir. Bu səbəbdən Pezeşkianın səsləndirdiyi fikirlər onun şəxsi mövqeyi olsa da, praktiki dəyişikliklər üçün yetərli olmaya bilər. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH), dini mühafizəkar dairələr və bəzi şovinist qüvvələr Azərbaycanın İsraillə münasibətlərindən narahatdır və bu faktoru Tehranın Bakı ilə siyasətində əsas arqument kimi saxlayır. Pezeşkianın Azərbaycanla bağlı yumşaq siyasəti bu dairələrin müqaviməti ilə qarşılaşa bilər. Onun daxilində təzyiqlərə məruz qalması, hətta siyasi sabotajlarla üzləşməsi ehtimalı da az deyil”.

E.Telmanoğlunun sözlərinə görə, Pezeşkian dönəmində İranın Azərbaycanla bağlı siyasətində tam dəyişiklik olmasa da, tonun dəyişməsi və kommunikativ kanalların açılması gözlənilir: “İki ölkə arasında son illərdə yaşanan gərginliklər (Tehrandakı səfirliyə hücum, Zəngəzur dəhlizi məsələsi, sərhəddə hərbi təlimlər və s.) münasibətlərdə ciddi çatlar yaratmışdı. Lakin iqtisadi əlaqələrin saxlanması, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanları bu münasibətlərin tamamilə qırılmasına imkan vermədi. Pezeşkian rəhbərliyi bu diplomatik soyuqluğu yumşaltmağa çalışa bilər. Xüsusilə də regional geosiyasi mənzərədə Azərbaycanın artan rolu və Tehranın getdikcə artan beynəlxalq təcridi fonunda İran üçün Bakı ilə normal münasibətlər daha da əhəmiyyətli hala gəlir”.

O həmçinin deyib ki, nəticədə ehtiyatlı, lakin ümidverici bir dövr başlaya bilər: “Pezeşkianın prezidentliyi İran-Azərbaycan münasibətlərində müəyyən korrektələrin ediləcəyi bir mərhələ ola bilər. Lakin bu korrektələr struktur xarakterli deyil, daha çox ton və yanaşma dəyişikliyi formasında özünü göstərəcək. Tehran rəhbərliyi üçün Bakı ilə münasibətləri tam şəkildə düzəltmək üçün həm daxili güc balansı, həm də xarici təzyiqlər nəzərə alınmalıdır. Azərbaycan isə bu prosesə rasional və praqmatik yanaşmalı, münasibətlərin inkişafını yalnız bəyanatlarla deyil, konkret addımlarla ölçməlidir. Pezeşkianın sözlərini yeni səhifə kimi qəbul etmək olar, lakin bu səhifənin necə yazılacağını zaman göstərəcək”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri