Icma.az
close
up
RU
Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xeyransa Qocayeva
Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun elmi işçisi

Uzaq keçmişin tədqiqində mühüm mənbə arxeoloji tapıntılar hesab olunur. Arxeoloji mənbələr əsasında ilk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixini dəqiq öyrənmək olar. Məhz buna görə də arxeologiya elmi insanın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə tədqiq edir.

1953-cü ilə qədər Azərbaycan Respublikası ərazisində Paleolit dövrünə aid qədim insan düşərgələrinin olmadığı barədə elmi ədəbiyyatlarda yanlış fikir söylənilirdir 1881-ci ildə Tiflis şəhərində keçirilən V arxeoloji qurultayda Zaqafqaziya və o cümlədən Azərbaycan ərazisində ibtidai insanların yaşamadığı və bu bölgələrdə qədim insan düşərgələrinin olmaması barədə qərar çıxarılmışdır. Təəssüf ki, 1953-cü ilə qədər Azərbaycan tarixinə aid yazılmış bəzi əsərlərdə bu qərarın düzgün olduğunu söyləyən arxeoloqlar da var idi.

Tarixi mənbələr, coğrafi və paleogeoloji ədəbiyyatlardan məlum olurdu ki, Azərbaycan Respublikasının ərazisi ən qədim zamanlardan ibtidai insanların məskunlaşması üçün olduqca əlverişli təbii coğrafi şəraitə malik olmuşdur. Daş dövrünün görkəmli tədqiqatçısı Sergey Nikolayeviç Zamyatnin 1950-ci illərin əvvəllərində yazırdı ki, Azərbaycan ərazisi ibtidai insanların yaşaması üçün əlverişli təbii coğrafi şəraitə uyğundur.

Azərbaycan Respublikası ərazisində paleoloit düşərgələrinin aşkar olunması məqsədilə 1953-cü ilin noyabrında rus alimi S.N.Zamyatnin Leninqraddan Bakıya dəvət olunmuş və M.M.Hüseyinovun iştirakı ilə Qazax rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparılmışdır. Aparıan arxeoloji kəşfiyyat işləri zamanı ən yaxşı elmi nəticə Qazax rayonunun Damcılı ərazisində əldə olunmuşdur. Damcılı mağarasında aparılan arxeoloji kəşfiyyat işləri zamanı düşərgənin çöküntülərindən Mustye, Mezolit, Neolit və Eneolit mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri tapılmışdır.

1958-ci il də M.M.Hüseyinovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyanın Qazax rayonu ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir abidə-Daş Salahlı düşərgəsi qeydə alınmış və tədqiqat olunmuşdur. Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 minə qədər daş məmulatı və 2 mindən çox ovlanmış heyvanların sümükləri tapılmışdır. Damcılı düşərgəsindən tapılmış daş məmulatı içərisində mustye və levallua itiucluları, qaçov tipli alətlər, bıçaqlar kəsici alətlər, bizlər və çoxlu istehsal tullantıları qeydə alınmışdır.

1958-ci ilin yay fəslində M.M.Hüseyinovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir düşərgə qeydə alınmışdır. Mağara düşərgəsi Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında olduğu üçün ona Daş Salahlı mağarası adı verilmişdir. Daş Salahlı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı abidənin çöküntüsündə bir mədəni təbəqənin olması müəyyən edilmişdir.

Məmmədəli Hüseyinovun Azərbaycan ərazisində apardığı arxeoloji tədqiqat işləri nəticəsində respublikamızın ərazisində Paleolit dövrünün mövcud olması elmi əsaslarla sübuta yetirilmişdir.

“Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun arxeoloji qazıntı işlərinin ikinci mərhələsi 2015-ci ildə aparılmışdır. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiaikinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisində dəvət olunmuşdur. Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleksi tədqiqat etmək üçün 3 tərəfli uzunmüddətli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət Nazirliyi, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, Universitetinin Universitet Muzeyi arasında bağlanmışdır.

2016-cı ilin avqust ayında “Avey” qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədikləri ərazinin 4 metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər) tapılmışdır.

2017-ci ilin iyul ayında 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılara başlamışdır. Bu il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə qazıntı işləri aparılmışdır. Aparılan tədqiqatlar nəticəsində burada orta əsrlər, tunc, neolit, mezolit və orta paleolit təbəqələri ardıcıl olaraq aşkarlanmışdır.

2018-2019-cu il qazıntılarında zəngin tapıntılar əldə edilmişdir. Azərbaycan-Yaponiya arxeoloji tədqiqat layihəsinin 2022-ci il qazıntılar 2-21 avqust 2022-ci il tarixləri arasında uğurla həyata keçirilmişdir. 2023-cü ildə aparılmış arxeoloji tədqiqatlar, iki istiqamətdə aparılmışdır. Çöl tədqiqatları və ötən illər aşkar olunmuş materialların kameral tədqiqi 2023-cü ildə Damcılı mağarasında aparılmış tədqiqatlar nəticəsində əldə olunmuş artefaktların təhlili, bizim əvvəlki illərdə əldə etdiyimiz nəticələrin təsdiqi ilə bərabər, Orta Kür hövzəsində yığıcı-ovçu təsərrüfatdan oturaq həyata keçid ilə bağlı mülahizələrimizi daha da gücləndirməyə imkan verdi. Aparılmış təhlillər bir daha təxminən e.ə. 6500-6000-ci illərdə mövcud olmuş mezolit dövrü həyat tərzinin sürətli bir formada neolit təsərrüfatı ilə əvəz olunduğunu göstərdi. Damcılı arxeoloji abidəsi Cənubi Qafqaz ərazisində ən erkən neolit dövrü yaşayış məskəni olaraq bərabər, neolit təsərrüfatının mənşəyi ilə bağlı bu zamana kimi irəli sürülən fikirlərə, yeni baxış əlvə etməyə imkan verdi. Bu qazıntılar Orta Paleolit dövrünə aid edilə bilən 100-dən çox çaxmaq daşı və obsidian artefaktı əldə edilmişdir.

Beynəlxalq ekspedisiyasının məqsədi ərazisinin qədim insan məskəni olduğunu bir daha təsdiqləmək, bundan neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qeyd edək ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb. Qazıntılar onu da göstərir ki, Orta Paleolit təbəqəsi yuxarı təbəqələrdən aydın şəkildə ayrılır. Damcılı mağarasında Orta Paleolit kompleksinin dəqiq öyrənilməsi, Cənubi Qafqazda müasir inasnların əmələ gəlməsindən əvvəlki dövrün mədəni dinamikasını daha yaxşı anlatmağa kömək edir.

Qazax rayonunda Daş Salahlı kəndinin ərazisində yerləşən eramızın VII əsrinə aid edilən Alban məbədində və onun yaxın ətrafında 2023-cü ilin sonu 2024-cü ilin əvvəllərində arxeoloji tədqiqat işləri aparılmışdır. Qazıntıya AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşları dosent Şamil Nəcəfov, Mansur Mansurov, dosent Vaqif Əsədov rəhbərlik etmişdir. Qazıntılar Avey məbədi daxilində (iç otaqda) və həyətində aparılmışdır. Məbədin cənub, şərq və şimal hissələrində aparılan qazıntılar zamanı çox sıx salınmış və sinə daşları ilə müşayiət olunan 34 qəbir aşkar edilmişdir. Dəfn adətini müəyyən etmək məqsədilə iki qəbir açılmışdır. Bu qəbirlərin birində skeletin yanından mis sikkə tapılmışdır. Mis sikkənin üzərində oxunarkən aydın olmuşdur ki, bu dirhəm Elxani (Hülakü) hökmdarı Abaqa xan dövründə zərbə edilmiş pul nişanıdır. Hicrü 663-cü ildə (miladi 1265) Təbrizdə zərb edilmiş, çəkisi isə 2,76 qram olan mis dirhəm “Qaan əl-adil” növünə aid mis pul hesab olunur.

“Avey” qoruğunun əməkdaşları tərəfində qoruğun “Damcılı” filialında şərti adı “Avey” adlanan yeni aşkar edilmiş mağarada 2024-cü ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. dosent Azad Zeynalov və t.ü.f.d. Mansur Mansurov tərəfindən arxeoloji kəşfiyyat işlərinə başlanılmışdır. Mağaranın arxeoloji tədqiqata cəlb edən səbəb burada qədim zamanlarda yaşayan insanlar üçün əlverişli şəraitin olmasıdır. Arxeoloji ekspedisiyanın tədqiqat sahələrindən olan Damcılı və Göyəzən kurqanlarında arxeoloji qazıntılar nəticə baxımından uğurlu olmuşdur. Kurqan qazıntıları zamanı maraqlı struktur və dəfn adətləri öyrənilmiş, arxeoloji materiallar aşkar edilmişdir. Damcılı və Göyəzən kurqanları ərazinin kurqan qəbirlərinin öyrənilməsi sahəsində uğurlu addım olmuşdur. Uzun müddət arxeoloji tədqiqatlardan kənarda qalan Avey dağının və Göyəzən ətrafının tunc-erkən dəmir dövrü abidələri cari ildə arxeoloji cəhətdən araşdırılmışdır. Arxeoloji qazıntılar zamanı əldə edilən bütün artefaktlar AMEA Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu arasında imzalanmış birgə memoronduma əsasən qorunma və mühafizə üçün qoruğun arxeoloji fonduna təhvil verilmişdir. Elmi araşdırmalar üçün artefaktlar mütəxəssislər üçün əlçatandır. Tapıntılar bəziləri qoruğun sərgi salonunda iştirakçılara nümayiş etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see164

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see122

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri