Icma.az
close
up
RU
Dana Uayt Konor Makqreqorun UFC siyahısından çıxarılması xəbərinə reaksiya verdi

Dana Uayt Konor Makqreqorun UFC siyahısından çıxarılması xəbərinə reaksiya verdi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC-nin yarıyüngül (66 kq-dək) və yüngül (70 kq-dək) çəki dərəcələrində ikiqat çempionu olan irlandiyalı Konor Makqreqorun döyüşçülər siyahısından çıxarılması barədə məlumatı təkzib edib.

Oxu.Az-ın məlumatına görə, o, sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım edib.

"Tam cəfəngiyyatdır!" - deyə Uayt yazıb.

Daha əvvəl "X"də "UFC Roster Watch" səhifəsində qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Konor Makqreqorun Mütləq Döyüş Çempionatının (UFC) siyahısından çıxarıldığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, irlandiyalı idmançı 37 yaşındadır. Makqreqor UFC-də son döyüşünü 2021-ci ilin iyulunda keçirib. Həmin vaxt ayağı sınmış və amerikalı Dastin Poryeyə məğlub olmuşdu. O vaxtdan bəri Konor bərpa olunub və oktaqonda görünməyib. Ümumilikdə, Konorun MMA üzrə peşəkar döyüşlərdə 22 qələbəsi və altı məğlubiyyəti var.

Makqreqor dəfələrlə MMA-ya qayıdacağına işarə edib. Avqustun əvvəlində UFC irlandiyalının promouşenin dopinq-test proqramına qayıtdığını bildirib.

31 iyulda Makqreqor zorlama işi üzrə apellyasiya şikayətini uduzub. Döyüşçü 2018-ci ildə Nikita Həndi zorlamaqda təqsirli bilinib. İrlandiyalı 250 000 avro məbləğində təzminat, həmçinin 1.3 milyon avro məbləğində məhkəmə xərclərini ödəməli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see161

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see150

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see131

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri