“Danimarka və Qrenlandiya liderləri Berlin və Parisdə danışıqlar aparacaqlar” − KİV
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Yanvarın son həftəsində Danimarka və Qrenlandiya liderləri ABŞ ilə razılaşma üçün Avropa dəstəyini təmin etmək məqsədilə Berlin və Parisdə danışıqlar aparacaqlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən müzakirə edilən çərçivə müqaviləsi danışıqlar üçün yol açıb. Danimarka hökumətinin məlumatına görə, Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Jens-Frederik Nilsen Berlində keçiriləcək Dünya İqtisadi Zirvəsində iştirak edəcək və geosiyasi vəziyyəti müzakirə etmək üçün siyasətçilər və diplomatlarla görüşəcəklər.
Nəşr Yelisey Sarayına istinadən bildirib ki, Frederiksen və Nilsen çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla işgüzar nahar etmək üçün Parisə gedəcəklər. Qeyd edilib ki, onlar Arktika təhlükəsizlik məsələlərini, eləcə də Qrenlandiyanın iqtisadi və sosial inkişafını müzakirə etməyi planlaşdırırlar ki, Fransa və Avropa Birliyi bunu dəstəkləməyə hazırdır.
KİV qeyd edir ki, Qrenlandiya müqaviləsi mineral hüquqlarını, NATO-nun adadakı rolunu və Danimarka ilə ABŞ arasında müdafiə münasibətlərini əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:Danimarka Tramp komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib KİV
11 Yanvar 2025 18:24
Danimarka Qrenlandiya və Arktikada hərbi kontingentini gücləndirir
14 Yanvar 2026 16:43
Danimarka və Qrenlandiya XİN başçıları Vaşinqtona gəlirlər
14 Yanvar 2026 10:50
Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək
16 Yanvar 2026 21:46
Fransa və Ukrayna prezidentləri Parisdə danışıqlar aparacaqlar
14 Noyabr 2025 15:24
Baxış sayı:60
Bu xəbər 27 Yanvar 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















