Icma.az
close
up
RU
Danimarkada 46 illik F 16 dövrü bitdi: Qırıcılar kimə veriləcək?

Danimarkada 46 illik F 16 dövrü bitdi: Qırıcılar kimə veriləcək?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Danimarka Kral Hərbi Hava Qüvvələri rəsmi olaraq "F-16 Fighting Falcon" qırıcılarının əməliyyatını başa vuraraq 46 il davam edən tarixə son qoyub.

Qaynarinfo "Zona Militar"a istinadən xəbər verir ki, bu, bir neçə gün əvvəl ölkənin Silahlı Qüvvələri və Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

Eyni zamanda, Danimarka F-16 təyyarələri səmadan tamamilə yoxa çıxmır: təyyarələr mövcud müqavilələr çərçivəsində köçürüləcəyi Ukrayna və Argentina Hərbi Hava Qüvvələrində xidmət etməyə davam edəcək.

"Starfighter"dən "Fighting Falcon"a

1970-ci illərin sonlarında Danimarka, bir sıra Avropa NATO ölkələri kimi, köhnəlmiş "F-104 Starfighter" qırıcılarını dəyişdirməli idi. Belçika, Niderland və Norveç ilə birlikdə Kopenhagen "Avropa F-16 Proqramı"na (EPAF) qoşularaq yeni Amerika yüngül qırıcısının ilk xarici operatorlarından biri olub.

Danimarkanın ilkin sifarişinə 46 tək nəfərlik F-16A və 12 iki nəfərlik "F-16B Block 1" daxil olub ki, bunlardan birincisi 28 yanvar 1980-ci ildə xidmətə girib. Təyyarələr daha sonra "Block 10" standartına yüksəldiliv və donanma "Saab Draken"i əvəz edən "Block 15" təyyarələri ilə doldurulub.

Onilliklər ərzində Danimarka F-16 təyyarələri bir neçə təkmilləşdirmədən, o cümlədən MLU (Mid-Life Update) proqramından keçib ki, bu da onların xidmət müddətini əhəmiyyətli dərəcədə uzadıb və döyüş qabiliyyətlərini genişləndirib.

Rəsmi vida mərasimi

Danimarkada F-16 xidmətinin sonu rəsmi olaraq 18 yanvarda Skridstrup Hava Bazasında qeyd olunacaq. Mərasimə müdafiə naziri Troels Lund Poulsen rəhbərlik edəcək. Tədbirdə döyüş aviasiyasında nəsil dəyişikliyini simvolizə edən keçmiş F-16 qırıcı təyyarəsi və yeni F-35 nümayiş olunacaq.

Danimarkada "Fighting Falcon" təyyarəsində xidmət etmiş və onun tarixini formalaşdırmış bir neçə nəsil hərbi qulluqçu və pilot iştirak etməyə dəvətlidir.

F-16 üçün yeni səhifə

Niderland və Norveçdən sonra Danimarka F-16-nı döyüş qüvvələrindən çıxarsa da, bu təyyarələr xaricdə xidmət etməyə davam edir. Dekabrın əvvəlində Argentina 24 F-16A/B MLU qırıcısından ilk altısını alıb və onların çatdırılması 2028-ci ilin sonuna qədər başa çatmalıdır.

Ukrayna da öz növbəsində Danimarka tərəfindən təhvil verilən F-16-lardan döyüş missiyalarında - hava hücumundan hücum əməliyyatlarına və atəş dəstəyinə qədər fəal şəkildə istifadə edir. Mövcud məlumata görə, Danimarka artıq vəd edilmiş 19 təyyarədən 12-ni Ukraynaya təhvil verib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri