Icma.az
close
up
RU
Danışıqlar gedir, silahlar susmur Ukrayna və Rusiya şəhərləri bombalandı

Danışıqlar gedir, silahlar susmur Ukrayna və Rusiya şəhərləri bombalandı

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya və Ukrayna arasında mümkün sülh planı üzrə danışıqlar davam etsə də, gecə saatları həm Kiyev, həm də Rusiyanın cənub şəhərləri kütləvi hücumlara məruz qalıb.

Modern.az hər iki tərəfin mətbuatına istinadən xəbər verir ki, hücumlarda ölən və yaralananlar var.

Gecəyarısı başlayan və saatlarla davam edən dron hücumları Rusiya Federasiyasının cənub bölgələrini hədəfə alıb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, beş müxtəlif bölgədə 20-dən çox yaşayış evi zədələnib. Ən ağır vəziyyət Novorossiysk və Gelencikdə qeydə alınıb.

Novorossiyskdə 7 çoxmənzilli bina və ən azı 7 fərdi ev dağıntıya məruz qalıb. 6 sakin yaralanıb.

Şəhərin xəbərdarlıq sistemi haker hücumuna məruz qalıb, bəzi rayonlarda sakinlər “kimyəvi”, “radioaktiv” və “fırtına” xəbərdarlıqları alıblar.

Taganroq şəhəri də kütləvi hücumun mərkəzinə çevrilib. Region rəhbəri Yuri Slyusarın açıqlamasına görə, 3 nəfər həlak olub, daha ikisi xəstəxanada ölüb.

2 çoxmənzilli bina, kollec binası, uşaq bağçası və bir neçə sənaye müəssisəsi zədələnib. Sənaye zonasındakı böyük yanğın nəzarətə götürülüb.

Ukrayna mənbələri hücumun Beriev aviasiya elmi-texniki kompleksini hədəfə aldığını bildirir.

Eyni gecə Kiyev və Kiyev vilayəti Rusiya ordusunun yeni dalğa raket-dron hücumuna məruz qalıb.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Dneprovski rayonunda 9 mərtəbəli binaya birbaşa zərbə nəticəsində böyük yanğın baş verib.

Peçerskdəki 22 mərtəbəli binada 4–7-ci mərtəbələrdə çökmə təhlükəsi yaranıb, sakinlər təxliyə olunub.

Ümumilikdə, xilasetmə qüvvələri 8 nəfəri sağ çıxarıb, daha 4 nəfər tibbi yardıma müraciət edib.

Ukraynanın Energetika Nazirliyi ölkənin enerji infrastrukturunun da “kütləvi kombinə olunmuş hücuma” məruz qaldığını təsdiqləyib.

Bütün bu fonun davam etdiyi saatlarda, 23 noyabrda Cenevrədə ABŞ, Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri arasında “sülh planı” üzrə intensiv müzakirələr aparılıb.

"Reuters" amerikalı rəsmiyə istinadən bildirir ki, ilkin razılaşmalar “produktiv və hətta inandırıcı” olub. Son variant isə Zelenski ilə Trampın qarşıdakı görüşündə yekunlaşdırılacaq.

Cenevrədə sülh yolu müzakirə olunsa da, həm Ukrayna, həm də Rusiya şəhərlərinin eyni gecə kütləvi şəkildə hücuma məruz qalması münaqişənin nə qədər dərin və təhlükəli mərhələyə daxil olduğunu göstərir.

Sülh masası qurulub, amma silahlar hələ susmur...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri