Icma.az
close
up
RU
Danışıqlar, yoxsa müharibə? Tramp tərəddüd edir

Danışıqlar, yoxsa müharibə? Tramp tərəddüd edir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları təxirə salıb.

İsrail KİV-lərinin məlumatlarına görə, ABŞ-nin İrana mümkün zərbəsinin gecikməsinin səbəblərindən biri regional ölkələrlə yaranan ciddi fikir ayrılığıdır.

Region ölkələri ABŞ-nin İrana hərbi müdaxiləsinə qarşıdırlar. Bildirilir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Tramp administrasiyasına açıq şəkildə bildiriblər ki, ABŞ Hərbi Hava Qüvvələrinə öz ərazilərində yerləşən bazalardan havaya qalxmağa icazə verməyəcəklər.

Lakin bəzi mənbələrin məlumatlarında qeyd olunur ki, Tramp artıq qərarını verib və zərbə mütləq endiriləcək, sadəcə bir neçə gün gecikə bilər.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ağ Evdə İrana hərbi müdaxilə ilə bağlı məsələ ətrafında hələ də müzakirələr aparılmaqdadır:

“İrana hücumların təşkil olunması və ölkədə hərbi əməliyyatların keçirilməsi ABŞ-nin özünə sərf eləmir, çünki bu, böyük miqdarda maliyyə vəsaiti tələb edir. ABŞ heç bir vəsait sərf etmədən İranda öz maraqlarını həyata keçirmək istəyir.

Vaşinqtonun İrana təhdidləri daha çox psixoloji təsir etmək mahiyyəti daşıyır, yəni İrana daha ağır zərbə vurmaq əvəzinə oradakı rejimi kütləvi iğtişaşlar vasitəsilə dəyişmək və ya rejimi islahatlara məcbur edib ABŞ və İsrail ilə normal münasibətlər qurmağa məcbur etmək Ağ Evin başlıca məqsədidir”.  

Politoloq hesab edir ki, İrana hərbi müdaxilə regionda ciddi təlatümlərə gətirib çıxara bilər:

“Rəsmi rəqəmlərə görə, İran əhalisinin sayı 91 milyon nəfəri keçib. Bu, kifayət qədər böyük rəqəmdir. Əgər ABŞ İrana hərbi müdaxilə edərsə, o zaman İranın təxminən 30 və ya 32 milyon əhalisi qonşu ölkələrə köç etmək məcburiyyətində qalacaq. Belə olan halda regionun hansı vəziyyətə gələcəyinə təsəvvür etmək çətin deyil. 

Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, İranın və onunla qonşu olan ölkələrin əhalisinin mənəvi-psixoloji durumu ciddi şəkildə fərqlənir. Regionda yerləşən hər bir dövlətin özünə məxsus mənəvi-psixoloji mühiti var. Ona görə də region dövlətlərinin rəhbərləri İrana hərbi müdaxiləyə və İranda daxili qarşıdurmaların yaşanmasına qarşıdırlar.

Bu baxımdan İrana hərbi müdaxilənin və ya bu ölkədə genişmiqyaslı toqquşmaların baş verməsi regionda ağır fəsadlara səbəb olacaq və regionu qeyri-stabil vəziyyətə salacaq. Həm region dövlətləri, həm də ABŞ-ın özü Yaxın Şərqdə müharibənin olmasının əleyhinədir.

Qeyd etdiyim kimi, Vaşinqton hələ ki, tam fərqli yolla İrandakı rejimi dəyişmək və ya rejimi özünə tabe etdirmək məqsədi güdür. Amma bu mexanizmin baş tutub-tutmayacağı sual altındadır”.

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Tramp Samir Hümbətov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri