Icma.az
close
up
RU
Müharibə, yoxsa danışıqlar masası?

Müharibə, yoxsa danışıqlar masası?

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna-Rusiya münaqişəsinin həlli uzana bilər

Son bir ayda Rusiya-Ukrayna münaqişəsi ətrafında gedən danışıqlar prosesi təmas xəttində atəşkəsin yaranması ilə bağlı ümidlər yaratmışdı. Amma son hadisələr prosesi tam fərqli istiqamətə yönləndirdi. Qarşılıqlı hücumlar hərbi eskalasiyanı yenidən alovlandırdı. Mövcud vəziyyətin stabilləşməsi üçün yenidən beynəlxalq fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur - başqa sözlə, yaxın zamanda Rusiya-Ukrayna münasibətlərində yeni proseslərin baş verməsinin şahidi ola bilərik. Belə ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi növbəti fazaya qədəm qoyub. Moskva ilə Kiyev arasında bu istiqamətdə təmaslar artıb. Sözsüz ki, bu, Tramp administrasiyasının hər iki münaqişə tərəfini masa arxasına gətirmək üçün səylərinin nəticəsidir. Son İstanbul görüşündə bəzi məsələlərlə bağlı qismən razılaşmalar əldə olunsa da, qalıcı atəşkəsə yol açmadı. Nəticə isə prosesin inkişafından asılı olacaq kimi görünür.

İstanbulda növbəti görüş

Kiyev danışıqların əsas predmeti sayılan memorandumu tamamlayaraq Moskvaya təqdim edib. Ukraynanın müdafiə naziri Rustem Umerov “RBK-Ukraina” telekanalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya ilə tam və qeyd-şərtsiz atəşkəsə, eləcə də növbəti danışıqlara hazırdır. Umerov Moskvanı tez bir zamanda öz memorandumunu təqdim etməyə və destruktiv addımlar atmaqdan çəkinməyə çağırıb. Rusiyaya gəlincə isə, XİN-in mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında qeyd edib ki, Moskvanın üzərində işlədiyi sənəddə münaqişənin həlli üçün münasib müddəalar və prinsiplər qeyd olunacaq. Rusiyanın XİN başçısı Sergey Lavrov isə memorandumun təqdimatı üçün Rusiya nümayəndə heyətinin İstanbulda Ukrayna tərəfi ilə növbəti görüşə hazır olduğunu bildirib. Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Lavrovla telefon danışığı aparıb - görüşdə hər iki XİN rəhbəri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə toxunublar.

Vaşinqton cavab gözləyir

ABŞ-ın isə səbri tükənmək üzrədir -Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Moskvanı prosesi yubatmamağa çağırıb. O, “Fox News” telekanalında çıxışı zamanı bildirib ki, ABŞ Rusiyadan münaqişənin nizamlanması üçün qətiyyətli addımlar gözləyir. Kelloq qeyd edib ki, prosesin ləngiməsinə qətiyyən yol vermək olmaz: “Bir həftədən çox olar ki, ruslar sülhə nail olmaq üçün belə desək, memorandum hazırlayacaqlarını bildirirlər. Biz Ukraynadan artıq belə bir memorandum almışıq. İndi də Rusiyadan oxşar sənədi gözləyirik,”- deyə Kelloq vurğulayıb. Trampın xüsusi nümayəndəsi ilə yanaşı, dövlət katibi Rubio da Kremlə mesaj ötürüb.  ABŞ dövlət katibinin rusiyalı həmkarı Lavrov ilə son telefon danışığı Vaşinqtonun, həqiqətən müharibənin tez bir zamanda bitməsində maraqlı olduğunu deməyə əsas verir. Rubio Trampın bu məsələdəki mövqeyini bir daha Kremlin diqqətinə çatdırıb. Tramp isə Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini bildirib.

Ünvan münasibdir - şərtlər razılaşdırılır...

Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, mövcud müharibədə genişmiqyaslı eskalasiyaların qarşısının alınması istiqamətində təşəbbüslərin meydana çıxması müsbət haldır. “Bu mənada İstanbul platforması münaqişəni nizamlamaq məqsədi daşıyan, sülh üçün təqdirəlayiq platforma kimi dəyərləndirilə bilər. Lakin İstanbul platforması tam sülhə nail olmaq üçün hələ çox məsafə qət etməlidir. Münaqişənin geosiyasi kontekstdə həlli üçün Rusiya, ABŞ, Çin, Avropa İttifaqı və Böyük Britaniyanın mövqelərində nəzərəçarpacaq yaxınlaşmalar baş verməlidir. Bunun əksinə artıq ABŞ və Avropa İttifaqı arasında fikir ayrılıqları genişlənir,” - deyə A.Kərimov vurğulayıb.  Ekspert əlavə edib ki, Ukrayna ərazi cəhətdən güc proyeksiyası mərkəzinə çevrilib: “Belə bir şəraitdə Türkiyənin həlledici aktor kimi səylərini gücləndirməsi təbii ki, xoş qarşılanır, lakin müharibənin bitməsi və yekun sülhü nəzərdə tutan həll variantlarının irəli sürülməsi üçün çox uzun zaman lazım olacaq”.

Moskva israr edir... 

“İstanbul danışıqlarından sonra Rusiya Ukrayna sərhədində təhlükəsiz bufer zona yaradır - Putinin bəyanatı isə Rusiya tərəfindən müdafiə tədbiri kimi təqdim edilir”, - deyən A.Kərimov bildirib ki, Rusiya bufer zonanın yaradılması üçün  daha çox hərbi resursun istifadə edilməsinə və maliyyənin xərclənməsinə hazırdır. “Bu, Xarkov və ya Sumı kimi ərazilərdə döyüşləri gücləndirəcək eskalasiya siyasətinə vurğu da hesab oluna bilər. Ukrayna üçün isə çıxılmazlıq sindromu yarada bilər. Çünki Ukrayna ordusu Rusiyanın nəzarət etdiyi zonalardakı istehkamların yarılmasında ciddi çətinliklərlə üzləşir. Paralel olaraq isə canlı qüvvə çatışmazlığı artıq böyük ölçüdə hiss olunur”.

Putin-Zelenski görüşü...

A.Kərimov, həmçinin qeyd edib ki, Ukrayna Qərb ilə Rusiya arasında geosiyasi “poliqon”a çevrilib: “Belə bir vəziyyətdə münaqişənin ABŞ diplomatiyası vasitəsilə  asan formada həll olunma ehtimalı azalır”.

Trampın vasitəçiliyi ilə Putin ilə Zelenski arasında görüşün təşkil olunmasına gəlincə, A.Kərimov bunun mümkünlüyünü istisna etmir: “Vaşinqtonun vasitəçilik təşəbbüskarlığı Trampın Putinlə mümkün görüşündən sonraya təsadüf edə bilər. Putinlə Trampın bir-birlərinə münasibətdə diqqətli ritorika seçməsinin özü də bir çox mətləbdən xəbər verir”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see277

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see268

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see263

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see252

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see249

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see243

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see243

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see238

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see236

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see224

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see219

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see218

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see207

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see201

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see199

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see195

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see191

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see190

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see185

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri