Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Darmadağın olsa da, dünyanın ən gözəl KƏNDİDİR

Darmadağın olsa da, dünyanın ən gözəl KƏNDİDİR

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yazının başlığını oxuyanda bəlkə də hər kəsin gözlərinin önündə öz doğulduğu yer canlanacaq. 

Bəlkə də bu hissi keçirmək hər kəsin haqqıdır.

Amma bu yazını sona qədər oxuyun… pizza sifarişi

Oxuyun ki, biləsiniz dünyanın ən gözəl kəndi haradadı. 

Yüz iyirmi evi olan bir kənd.

Dörd tərəfi dağla əhatələnib. 

Dağların ətəyi meşədi, 

Meşənin qucağında kənd.

Dağlardan axıb kəndin başında birləşən bulaqlar çay olub kəndin ortasından keçir, onu ikiyə bölür.

Meşələrdə hər cür ağac bitir, meyvəli, müalicəvi, bərəkətli, yabanı…

İlin bütün fəsillərində meşələrdən quş səsi kəsilmir. 

Bəzən sevincdən cəh-cəh vuran səs,

bəzən də təhlükəni xəbər verən nida…

Vəhşi heyvanlar da az deyil...

Kəndin hər daşının, hər ağacının altından bir bulaq çıxır.

Hər bulağın da öz adı, öz dadı, öz zümzüməsi var...

Sarı bulaq, Göy bulaq, Gur bulaq, Ələsgərli bulağı, Qonşu bulaq, Küsəyən bulaq, Soyuq bulaq, Dərman bulaq…

Bulaqların ətrafı hər zaman yarpız ətri verir, lilpar gözəlliyi göz qamaşdırır...

Səhənglə suya gələn qız-gəlinlər bulaqlara ayrı bəzək verir.

O bulaqlar həm də sevgililərin baxışdığı yerdi…

Meşələrdən yuxarıda dağlar ucalır.

O dağların bir qarış yerində yüz rəngdə, yüz adda gül bitir.

Çəmənliklərdə hər otun bir şəfası,

hər çiçəyin bir bihişlu ətri var.

Kəklikotu qayalarda dua kimi açır.

Buludlar dağlardan aşağıda olur.

Burada yaz da gözəldi, yay da, payız da, qış da.

Sanki fəsillərin gözəllikləri biri-biri ilə bəhsə girir.

Qışı yazdan, yazı payızdan qəşəngdi.

Elə bil Allah dünyanı yaradanda

bütün gözəllikləri yığıb bu kəndin üstünə səpib.

Bu gözəllikdən doymaq olmur.

Və bu gözəlliklərin içində cəmi yüz iyirmi ev.

Kənddə heç bir evin hasarı yoxdu.

Qapılar qıfılsızdı.

Evləri kənd adamları öz əlləri ilə tikir.

Bir ev tikiləndə bütün qonum-qonşular yığışır.

Biri daş daşıyır, biri palçıq qarışdırır, biri yemək bişirır.

Ustaya nəmər verirlər,

ev sahibinə kömək edirlər...

Ev hazır olanda hamı “ev görməyə” gedir,

əlində bir pay, dilində bir xeyir-dua.

Burada ev müqəddəsdi, çörək kimi, torpaq kimi.

Bu kəndin adamları paylaşmağı bacarır.

Çörəyi də, aclığı da, sevinci də, dərdi də, toyu-yası da.

Hər ev bir ünvandı,

bilirsən, həkim kimdi, dərman kimdi,

kimdən borc almaq olar, kim dua oxuyar.

Burda “əl tutmaq”, “dilək tutmaq” var,

bunu etməyənə pis baxarlar.

Ağsaqqal bu kəndin nurudu.

Onu uşaq da, dəli də sayar.

Uşaqlara sevgi ilə baxarlar,

ən dəcəlinə də, ən sakitinə də.

Baba, nənə varlığı bu kəndin yaraşığıdır.

Hər adamın öz həyat düzəni var,

Saflıq, dürüstlük xarakterləridir, xarakterləri yaşadıqları yerin təbiəti kimidir...

Sərt, amma təmiz, inanırlar, güvənirlər...

Çobanı öz qoyun sürüsü ilə, 

arıçı öz arıları ilə,

bağbanı öz ağacları ilə,

müəllimləri öz şagirdləri ilə çox xoşbəxtdir.

Hər kəs dolanışığını bir cür tapır.

Toy olanda kənd sevinclə dolur.

Mağarı qonum-qonşu qurur, içini bəzəyir.

Toy sahibinin işi ancaq baxmaq olur.

Hamı gülür, oynayır, sevinir.

Kişilər ayrı, qadınlar ayrı yeyir,

amma rəqs yerində hamı bir yerdə olur. 

Bir toy bütün kəndin toyudu,

sevincin, səsin, rəngin bayramını hamı bir yerdə yaşayır..

Yas olanda kənd yasa batır.

Radio, televizor söndürülür, pəncərələrə pərdə çəkilir.

Hamı yasa qoşulur.

Bayramlarda tonqal yandırılmır, ta yas sahubi icazə verənə qədər.

Kəndin hər sakini yasa əl atır,

bir işi, bir yükü paylaşır.

Yas sahibinin dərdinə şərik olur.

Sevgilər də başqadı bu kənddə.

Elçilik bir mərasim, bir hekayədir.

Boşanma adını eşidən olmayıb.

Kimsə kiməsə əyri baxmız,

çünki kəndin gözü, kəndin namusu var.

Bütün bunlar nağıl deyil.

Bura bizim kənddi. 

Ermənistan işğal edənə qədər belə idi.

İndi kəndimiz azaddı.

Tez-tez gedirəm ora.

Niyə getdiyimi bəzən özüm də bilmirəm,

Çəkən qüvvə var, bildiyim tək odur,

Düşünürəm bəzən güc almağa,

bəzən özümü tapmağa,

bəzən uşaqlığımı görməyə gedirəm.

Hər dəfə bir səbəblə gedirəm,

amma eyni hisslə qayıdıram.

Bir nisgillə geri dönürəm.

Çünki…

Artıq orda qohum yoxdu, qonşu yoxdu, ev yoxdu.

Qəbir yoxdu, hamısının külə dönmüş yeri var.

Təsəllim budu ki, “bura bizim kənd idi” deyə bilirəm.

“Bura bizim kəndin qəbiristanlığı idi” deyə bilirəm,

amma üstündə ağlamağa bir qəbir tapmıram.

“Burda uşaqlığım keçib” deyirəm,

amma sübut etməyə bir daş, bir dost, bir səs yoxdu.

Dağ da, daş da, su da, hava da əvvəlki deyil.

Sən demə kəndi kənd edən dağ-daş deyil, insan imiş.

İndi o insanlar yoxdu.

Amma mən hər dəfə kəndə gedəndə ürəyimdə o köhnə kəndi aparıram.

O səsli, o təmiz, o sevinc dolu kəndi.

İşğaldan əvvəlki kəndə gedirəm.

Çünki mənim üçün Sarıdaş hələ də dünyanın ən gözəl kəndidi.

İndi orda nə bir ev var,

nə bir qəbir,

nə bir adam.

Onlardan geri qalan o kül, o daş, o torpaq

hər biri mənim yaddaşımdır. 

O kənd yandırılmış evləri, dağıdılmış qəbirləri ilə

yenə dünyanın ən gözəl kəndidi.

O kənd 1993-cü ildə Ermənistanın işğal edib viran qoyduğu

Kəlbəcərin Sarıdaş kəndidi.

Elşad Eyvazlı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:453
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri