Icma.az
close
up
RU
Daş dövrünün studiyasında gəmidəkilərin gəmiçi ilə davası Vahid Mustafayevin YAZISI

Daş dövrünün studiyasında gəmidəkilərin gəmiçi ilə davası Vahid Mustafayevin YAZISI

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Vahid Mustafayev

Tarix qəribə şeydir. Bəzən min illərlə susur, bəzən isə bir televiziya studiyasında, daşlar ilə hörülmüş dekorun fonunda, tamamilə ehtiyac olmayan anda qəfil danışmağa başlayır. Daşlar düzülüb, aktyorlar seçilib, ssenari yazılıb — və nəticədə tamaşaçıya belə bir fikir təlqin olunur: guya Azərbaycanı yaradanlar alverçi olub - ya torpaq, ya da dövlət satıblar.

Bir az diqqətlə baxanda isə məlum olur ki, tarixi müzakirə edən proqramın fonunda ibtidai daş meqalitlərinin yerləşdirilməsi şüuraltı mesajdır: “Bu mövzu elm deyil, mifdir; tribunal deyil, sifarişli ayindir”. Aktyor seçimi və səhnə-mizanın tarixi fiqurları karikaturaya çevirir, tamaşaçıda hörmət yox, istehza yaradır.

Oyunun qaydaları budursa, biz də aşağı enək və ibtidai Stonehenge üslubunda cavab verək.

Tarix xəritə deyil, tarazlıqdır. Tarixi hadisələri qiymətləndirməyin bir əsas qaydası var: O dövrün güc balansını bilmədən hökm çıxarmaq — savadsızlığın intellektual formasıdır.

Əvvəlcə onu demək istəyirəm ki, AzTV-də səhnələşdirilən “Tarixin Divanı” (bu ad niyəsə mənə ANS-də yayımlanan “Dahilərin Divanı” verilişinin adını xatırladır…) adlı televiziya tamaşasının ssenari müəlliflərinin, rejissorunun və aktyorlarının bir qismini şəxsən tanıyıram. Onların hamısı Azərbaycanın bugünkü reallığı kontekstində AzTV-də veriliş yaratmaq iqtidarında olan insanlardır. Biz də onların işinə məhz bu dövrün prizmasından qiymət veririk. Heç kəsi Cəfər Cabbarlı, Maqsud İbrahimbəyov, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Yusif Vəliyev və ya Səməndar Rzayev kimi peşəkarlarla müqayisə etmirik. Fərqli dövrlərin məhsullarıdır.

Amma eyni yanaşmanı onların səhnə qurduğu və haqqında hökm verdiyi tarixi şəxsiyyətlərə də tətbiq etmək lazımdır. Hər dövr öz ölçüsü ilə dəyərləndirilməlidir. Dövlət quruculuğu heç vaxt “ideal sərhədlər”lə başlamayıb. Heç vaxt! Bu kontekstdə dövlət yaradan və quruculuq təcəssümü olan şəxsləri “satqın” adlandırmaq tarixi terminologiyadan uzaq, daha çox “vorovskoy” jarqona yaxındır.

Bu, kiminsə barmağından sovrulan naşı məsələni ana südü ilə səhv salan insanlara bir daha tarixi proseslərin məkan, zaman və şəraitlə sıx bağlılığını nümayiş etmək istəyirəm: Baxın, Amerika Birləşmiş Ştatları yarananda bugünkü ABŞ yox idi. 1776–1783-cü illərdə Corc Vaşinqtonun rəhbərliyi ilə aparılan Müstəqillik müharibəsi zamanı ABŞ-ın real nəzarət etdiyi ərazilər əsasən Atlantik sahili boyunca yerləşən 13 müstəmləkə idi. Qərbə doğru geniş torpaqlar Britaniya və Fransa təsir zonasında qalırdı. Florida İspaniyanın nəzarətində idi. Ohayo, Luiziana, Texas və Kaliforniyanı isə Corc Vaşinqton ABŞ-a birləşdirə bilməmişdi.

Bu gün ABŞ xalqının minnətdarlıqla xatırladığı Corc Vaşinqton həmin torpaqları “itirmədi” — sadəcə, onların uğrunda müharibəni davam etdirmədi. Çünki əsas məqsəd “maksimum xəritə” yox, minimum sabit dövlət idi. Vaşinqton müharibəni genişləndirmədi, Aleksandr Hamilton güclü mərkəzi dövlət və maliyyə sistemi naminə ərazi romantikasına qarşı çıxdı. ABŞ modeli belə yarandı: əvvəl dövlət, sonra torpaq.

Türkiyə Respublikası yarananda Osmanlı imperiyası artıq tam çökmüşdü. Paytaxt işğal altındaydı, ordunun böyük hissəsi dağıdılmışdı, qalib dövlətlər Türkiyəni xəritədən silmək üzrə idi. Bu vəziyyətdə Atatürk romantik imperiya xəritəsini deyil, real dövlət nüvəsini seçdi. Türkiyənin xilasında sovetlərin — çoxlarının bu gün yalnız “işğalçı” kimi təqdim etdiyi gücün — rolu da danılmazdır: Leninin göstərişi ilə göndərilən on tona yaxın qızıl, milyonlarla silah-sursat, həmçinin Klement Voroşilov və Mixail Frunzenin rəhbərliyi altında Qırmızı ordunun göstərdiyi hərbi-siyasi dəstək bu prosesin tərkib hissəsi idi. Bu faktı görmək istəyənlər bu gün də İstanbulda, Taksim meydanındakı Cümhuriyyət abidəsinə baxa bilərlər.

Atatürk Mosuldan, Kərkükdən, Hələbdən, Balkanlardan, Egey adalarının böyük hissəsindən və ərəb vilayətlərindən imtina etdi. Bunlar “itirilmiş torpaqlar” yox, dövlət qurmaq naminə tərk edilmiş imperial ambisiyalar idi. Atatürkün məntiqi sadə idi: “Biz sərhədlərimizdə yaşayan xalqla dövlət qururuq, xəyallarla yox”. Tarixdə qalib gələnlər torpağı dərhal alanlar yox, dövləti dərhal quranlar olub.

1918-ci ildə Azərbaycanın vəziyyəti daha da ağır idi. Ölkənin öz ordusu yox idi. Andranik, Qaregin, Kanoyan və digər 20 minə yaxın silahlı erməni birləşmələri Naxçıvan, Zəngəzur, Qarabağı və hətta Bakının çox hissəsini nəzarətə götürmüşdülər. Bakı belə xarici hərbi güc olmadan azad edilə bilmirdi. Bu şəraitdə İrəvan məsələsini “satqınlıq” kimi təqdim etmək tarix yox, fantastik ədəbiyyatdır. Fantastika isə adətən başqa televiziya kanallarında olur.

Həqiqət daha sadə və daha ağrılıdır: İrəvan güzəşti Osmanlı imperiya mərkəzinin diktə etdiyi sərhəd mühəndisliyi idi. Azərbaycan tərəfinin alternativi yox idi. Ordu yoxdursa, ultimatumla danışa bilməzsən.

1920–1921-ci illərdə Zəngəzurun taleyi bir nəfərin “iradəsi” ilə yox, sovetləşmə, silahlı qarşıdurmalar, mərkəzi qərarlar və yerli strukturların çarpaz təzyiqləri fonunda formalaşdı. Bu proses AzTV səhnəsindəki tamaşa səviyyəsində deyil — qat-qat mürəkkəb idi. Və eyni sovet ordusu Qarabağı və Naxçıvanı erməni silahlı qüvvələrindən təmizləyərək Azərbaycanın tərkibində saxladı. Acı olsa da, həqiqət eynidir:

1918-də Azərbaycan Osmanlı hərbi gücü ilə yarandı;

1920-də Azərbaycan sovet hərbi gücü ilə saxlanıldı.

Bu nə qəhrəmanlıq dastanıdır, nə də xəyanət romanıdır. Bu, kiçik millətin böyük imperiyalar arasında yaşamaq texnikasıdır. Tarix romantika deyil. Tarix seçimdir.

1918-də İrəvan güzəşt edildi ki, dövlət yaransın.

1920-də Zəngəzur üzərində manevr edildi ki, dövlət yaşasın.

Nəticə dəyişmədi: Azərbaycan dövləti qaldı. Əgər bu gün Azərbaycan varsa, deməli o dövrün insanları — bütün ağrılı kompromislərə baxmayaraq — əsas vəzifəni yerinə yetirdilər: dövlətçiliyi qorudular. Axı biz balaca bir ölkəyik və biz biri-birimizi göz bəbəyimiz kimi qorumalıyıq, əsasən söhbət ölkə qurucularından gedirsə.

Mühakimə etməyin ki, mühakimə olunasınız. Ondansa oturun və “Qarabağ” futbol komandasının növbəti zəfərini izləyin ki, AzTV-nin dili ilə desək: “Bayram bayrama qarışsın”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Fevral 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri