Icma.az
close
up
RU
Vahid Mustafayevin mağazasından saat oğurlayan çinlilərə hökm OXUNDU

Vahid Mustafayevin mağazasından saat oğurlayan çinlilərə hökm OXUNDU

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Məlum olub ki, təqsirləndirilən şəxslər "VMF Continental"ın Yasamal filialında dəyəri 85 min 28 manat olan "Breguet" markalı saatı görmək üçün satıcıdan onu vitrindən çıxarmasını xahiş ediblər. Onlar saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini xahiş edib, Zhang Guomin isə saatı oğurlayıb və bununla da təqsirləndirilən şəxslər mağazaya külli miqdarda ziyan vurublar.

Bildirilib ki, onlara qarşı sürülmüş ittihamda 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Zhang Guomin və Liu Bo elan olunmuş ittihamda özlərini təqsirli biliblər.

Prosesdə ifadə verən Liu Bo bildirib ki, ittihamı qəbul etsə də, saatı o oğurlamayıb: "Mən kamera görüntülərini gördüm və oğurluğu qəbul edirəm. Əməlimdən də peşmanam Lakin saatı mən yox, Zhang Guomin götürüb. Mən ona mağazanın qarşısında əməlin yanlış olduğunu söylədim. O da dedi ki, bu, sadəcə, akssesuardır, problem olmaz. Biz saatın bu qədər bahalı olduğunu bilmirdik. Bildirmək istəyirəm ki, VMF şirkətinə dəymiş ziyana görə kompensasiya ödəməyə də hazırıq. Biz ölkəmizə qayıtmaq üçün hava limanında olarkən polis saatı üzərimizdə tapıb. Bakıya gəlmək məqsədimiz isə tranzit ölkə kimi Türkiyədən Çinə getmək olub. Yasamala isə gəzməyə getmişdik. Oranın hara olduğunu belə bilmirdik".

Zhang Guomin ifadəsində bildirib ki, o saatın çox dəyərli olduğunu bilməyib: "Mən saatın bu qədər bahalı olduğunu bilmirdim. Əməlimdən çox peşmanam. Xahiş edirəm mən bağışlayın".

"VMF Continental" şirkətinin hüquqi nümayəndəsi E.Nəsibov bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçidirlər.

Liu Bo və Zhang Guomin hüquqi nümayəndədən üzr istəyib və xahiş edib ki, onlara ölkələrinə qayıtmaq üçün fürsət yaratsınlar: "Hazırda hərəmiz 5-10 min dollar arası kompensasiya ödəyə bilərik".

E.Nəsibov buna rəhbərliklə danışdıqdan sonra münasibət bildirəcəyini söyləyib.

Məhkəmədə ifadə verən şahid, mağazada satıcı çalışan İradə Bayramova bildirib ki, o, oğurluğu 10 dəqiqə sonra bilib: "Breguet saatına baxmaq üçün yaxınlaşdılar. Biz proqram vasitəsi ilə Çin dilindən Rus dilinə tərcümə edərək ünsiyyət qurmuşduq. Sadəcə, "Breguet" markalı saata baxmaq istəmələrindən anlamışdım ki, onların saatdan anlayışı var. Onlardan Liu Bo bir gün öncədə baxmağa gəlmişdi. Hadisə vaxtı, qutlarında şəkillərini çəkmək üçün qutularına qoymağımı istədilər. İki saatı qutularında kənara qoymağımı və sabah səhər götürəcəklərini dedilər. Mən onlar getdikdən sonra qutuları yoxlayarkən saatlardan birinin olmadığını gördüm və xəbər verdim".

Təqsirləndirilən şəxslər şahidin ifadəsini təsdiqləyiblər.

Şahid əlavə edib ki, üzərilərindəki bahalı əşyalardan o saatı ala biləcəklərini düşünüb: "Onların üzərilərində qızıl seplər, "Hermes" kəmərlər vardı. Bank hesablarını da göstərib imkanları olduğunu və ala biləcəklərini dedilər".

Digər şahid, mağazada təhlükəsizlik əməkdaşı olan Hacı Hacıyev bildirib ki, kamera görüntülərini izləyərkən görüb ki, təqsirləndirilən şəxslər mağazada olublar. O, satıcının saatın oğurlandığını bildirməsindən sonra polis əməkdaşlarına zəng etdiyini bildirib.

Məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Zhang Guomin və Liu Bonun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri onların özlərini təqsirli bildiyini və ailələrinin ölkə xaricində olduğunu söyləyərək onlara yüngül cəza verilməsini xahiş edib.

Zhang Guomin və Liu Bo son sözünlərində çox peşman olduqlarını, bağışlanılmalarını və ölkələrinə göndərilmələrini xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Onlar cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunub.

İlkin məlumatda oraya gələn naməlum şəxsin 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla taladığı bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri