Icma.az
close
up
RU
Daşbulaq kənd orta məktəbi bağlanır? Açıqlama

Daşbulaq kənd orta məktəbi bağlanır? Açıqlama

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Elm və Təhsil Nazirliyi daha bir kənddə şagird sayı az olduğunu əsas gətirərək məktəbi bağlamaq istəyir. Bu, mənim babalarımın, nənələrimin yaşadığı Şəkinin Daşbulaq kənd orta məktəbidir. Bildirilib ki, şagirdlər distant təhsilə keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalist Zülfiyyə Quluyeva sosial şəbəkə hesabında bildirib. 

O, kənddə bir sıra problemlərin olduğunu da qeyd edib:

“İşsizlikdən onsuz da adam qalmayıb. Kənd sakinləri illərdir su problemi yaşayırlar. Amma bunlara rəğmən insanlar o kəndi tam tərk etmir. Çünki, onları o kəndə bağlayan çox mənəvi dəyərlər var. Əgər məktəbi də bağlasalar, kənd tamamilə boşalacaq. Kəndin yolu da normal deyil ki, şagirdlər digər kəndlərə gedib təhsil alsınlar. 90-cı illərin sonlarına kimi bu məktəbdə 100-dən çox şagird təhsil alıb. İndi bu say 29 nəfərə düşüb. Kəndə 400 min manata büdcədən pul xərcləyib 80 yerlik modul məktəb inşa edilib. Bunlar da bir yana, bu məktəbdən neçə insan evinə çörək aparır. Tutaq ki, müəllimlərə başqa kəndlərin məktəblərində dərs verildi. Bəs bu məktəbin xadiməsi, gözətçisi, minimum əməkhaqqı ilə dolanan işçilərinin taleyi necə olacaq?”

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bildiririk ki, 2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur.

Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur”.

Lamiyə Məmmədova 




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyul 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri