Icma.az
close
up
RU
Şəki məktəbi şagird yoxdur deyə bağlanır? Rəsmi açıqlama

Şəki məktəbi şagird yoxdur deyə bağlanır? Rəsmi açıqlama

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Sosial mediada jurnalist Zülfiyyə Quluyeva Şəkinin Daşbulaq kənd ümumi orta məktəbinin bağlanacağı ilə bağlı post paylaşıb. Məlumata görə, 29 şagirdin təhsil aldığı məktəb 2026–2027-ci tədris ilindən fəaliyyət göstərməyəcək.

Bakıvaxtı.azTrend-ə istinadən xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin məktəbdə onlayn formatda təşkili nəzərdə tutulur. Bu fənləri müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tədris edəcəklər", - idarənin məlumatında qeyd olunub.

Regional Təhsil İdarəsindən vurğulanıb ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur.

Qeyd edək ki, həmin paylaşımın şərh bölməsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələyə münasibət bildirib. O, məktəbin bağlanmadığını qeyd edərək, bəzi fənlər üzrə müəllim çatışmazlığının olduğunu vurğulayıb:

“Bəzi fənlərin tədrisi üçün müəllim çatışmazlığı var. Bu səbəbdən də qiymətləndirmə nəticələri yüksək olan pedaqoqlar tərəfindən onlayn qaydada həmin fənlər məktəbin özündə uşaqlara keçiriləcək. Bəzi islahatları anlamadan şərh vermək ümumi prosesə ziyandır”.

Daşbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Yusif Qarayev isə açıqlamasında bildirib ki, məktəbin bağlanacağı barədə dünən müəllimlərə bildiriş sənədi göndərilib:

"Bu sənədi dünən direktor göndərib bizə. İki-üç ay əvvəldən də məktəbin bağlanacağı barədə söz-söhbət gəzirdi. Biz inanmırdıq. Kəndin mədəniyyət evi, kitabxana və uşaq bağçası da iki ay əvvəl bağlanıb. Bir məktəb qalıb. İndi açıqlama verib məktəbin bağlanmayacağını deyirlər, bəs dünən göndərilən bu sənəd nədir?"

Yusif Qarayev qeyd edib ki, artıq bütün müəllimlərin hansı məktəblərə köçürüləcəyi də məlumdur:

"Mən Oxud kənd məktəbinə göndərilirəm. Eyni dərs saatım orada təmin edilir. Amma məni maraqlandıran kəndimizin taleyidir, məktəbimizin bağlanmağıdır. "Bağlanmayacaq" deyirlər, amma müəllimlər yerbəyer edilib, bildiriş gəlib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri