Icma.az
close
up
RU
Daşı musiqidən yoğrulan memar

Daşı musiqidən yoğrulan memar

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Azərbaycan memarı və rəssamı, Azərbaycan SSR əməkdar memarı , Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü olmuş dünyamiqyaslı dəyərli şəxsiyyət Rasim Əliyevlə zamanında keçirilmiş müsahibə ilə ruhunu hörmətlə anırıq.


İnsan cimən məhdud olsa da mənən tükənməzdir. Həyatsa sonsuz mükəmməlləşdirmədir. Var olan insan  bu həyatda doğulmaq, yaşamaq və yaşatmaq üçündür. Doğulmaq və yaşamaq hər kəsə nəsib olan, yaşatmaq isə hər kəsə nəsib olmayandır. Danışacağımız qəhrəman yaşayan, yaradan və yaşadandır. Dəyərli ziyalı, baş memar, ölkəsi üçün önəmli mənalar kəsb edən bir sıra monumental sənət əsərlərinin müəllifi, ürəyi sevgi ilə döyünən, nəfəsi yaradıcılıqla genişlənən, düşüncələri əlvanlıqlara şövq verən, alimlik zirvəsinə ucalan  Azərbaycan memarı və rəssamı, Azərbaycan SSR əməkdar memarı , Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, dəyərli Rasim Əliyevdir. Alimin tanınması üçün onun kəsfləri ilə bərabər, onun özünü kəşf etməsi daha önəmlidir. Düşünürəm ki, bu müsahibə bir Rasim Əliyev şəxsinin iç dünyasına varmaq, onu duymaq və kəşfi üçün bir vəsilədir.

-Rasim müəllim, xoş gördük sizi.

-Xoş gəlmisiniz.

-Biz sizi memar kimi tanıyırıq, amma müasirləriniz, məsələn, xalq artisti, bəstəkar Fərhad Bədəlbəyli sizin paytaxtda yaratdıqlarınız sənət əsərlərinizin Bakını musiqili Bakıya bənzətdiyini qeyd edir. Biz yaratdığınız monumental sənət əsərlərində biz də musiqi ahəngini hiss edirik. Buna səbəb nədir ?

- Bəli, mənim anam Zərqələm xanım gözəl tar çalırdı. Mən özüm də fortepiano ifa etməyi bacarıram. Uşaqlıqda dınqıldadırdım (gülür). Musiqini çox sevirəm. Amma böyüdükcə məsuliyyət artır və anlayırsan ki, hər bir işi görəndə mükəmməl etmək lazımdır. Və mən də sonralar memar olduğum üçün vaxtımın çoxunu memarlığa, sənət əsərlərinə və şəhərsalma işlərinə həsr etdim.

-Bildiyim qədərilə musiqi duyumunuz çox gözəl olub. Sadəcə bu sahədən ayrı düşmə səbəbiniz, daha doğrusu tarixcəniz var.

-Doğrudur. Məni anam uşaq vaxtı musiqi məktəbinə fortepianoya apardı. Orda musiqi duyumumu yoxlayanda kənardan bunu eşidən bir müəllim bizə yaxınlaşdı və bizi öz otağına dəvət etdi. Mənə bir alət göstərdi və bu çox bahalı, gözəl bir skripkadır, sən bunda yaxşı çala bilərsən dedi. Mən bildim ki, o Reycix adında professordur. O vaxt 7 yaşım var idi. Onun adını indi də xatırlayıram. Və bu skripkada çalmağa başlayanda gördüm ki, bir səsin üzərində çubuqla saatlarla məşgul olmalı olursan. Bu məni darıxdırırdı.

-Həm də siz küçədə əlinizdə o skripka gedəndə həmyaşıdlarınız sizə gülürdülər də...

- Siz bunu haradan bilirsiniz? (gülür). Bəli, elədir. Onlar gülürdülər və bu mənə heç xoş gəlmirdi. Beləliklə, mən musiqiçi ola bilməyəcəyimi o vaxtdan anladım.

-Rasim müəllim, bu gün sizin memar olmanız da səbəbsiz deyil. Belə ki, siz anket dolduranda ananız Zərqələm xanımın atasını soruşanda onun atası haqqında bənna yazılmışdı.Amma o da öz dövrünün memarı olub, almanların sifarişi ilə alman evləri tikib. İndi demək olar ki, siz bir davamçısınız.

-Bəli, doğrudur. Ümumiyyətlə, bizim ailəmizdə incəsənətə, rəssamlığa, musiqiyə, yaradıcılığa həmişə önəm verilib. Bu istər anam, istərsə də atam tərəfdə də belə idi. Məsələn, baxmayaraq ki, anam həkim idi amma çox gözəl rəsm əsərləri var idi, gözəl şeirlər yazırdı, gözəl də tar çalırdı, pianoda da çala bilirdi. Atamın da gözəl əl qabiliyyəti var idi, rəsm çəkməyi bacarırdı, kiçik əmim rəssam idi Hüseyn Əliyev, daha bir əmim dahi şəxsiyyət, böyük insan, Ulu Öndər Heydər Əliyev onun da memarlıq təhsili var idi və çox gözəl əl qabiliyyəti var idi. Hətta mən uşaq olanda o mənim qələmlə portretimi çəkmişdi. O şəkil bu gün də atam Həsən Əliyevin evində qorunmaqdadır. O biri əmilərim və bibilərim də bu sahədə çox istedadlı idilər. Atalarımız yaxşı deyib, ot kökü üstə bitər.

-Rasim müəllim, bu gün bəlli yaşda və bəlli mövqedəsiniz. Böyük bir imzaya sahibsiniz. Bu gün yaşı 80-ni adlamış Rasim Əliyev dönüb arxaya baxanda nə düşünür? Izzət nənənin lavaşını tez-tezmi xatırlayır?

- Bilirsiniz, (kövrəlir) o vaxtlar çətin vaxtlar idi. Böyük Vətən müharibəsinin 1943-cü illəri idi. Mən babamgildə qalırdım. Çörəyi çətinliklə tapırdıq. Adambaşı adama 250 qr qara çörək verirdilər. Nənəmgil yığılırdılar lavaş bişirirdilər və onu uzun aylar yeyirdik. Bəli, onu çox xatırlayıram. Bir də küplər var idi. O küpləri yerə basdırırdılar. İçində qovurma olurdu.

-Və ona qavurma deyirdilər...

-Bəli, (gülür) qavurma deyirdilər. O qavurma ilə lavaşın dadı mənim üçün bir möcüzə idi. Siz İzzət nənəmi xatırladınız. O mənim unudulmaz xatirəmdir.

-Bunu əbəs yerə xatırlamadım. İnsan yaşadığı həyat yolunda müəyyən mərhələlərdən keçməli olur. Enişin, yoxuşun, acı və şirinin dadını görür. Və adamın ağzının tamı da dəyişir. Qavurma bir misal idi. Bəzən o qavurmanın dadını bilməyəcək ruh halına gəlir insan...

-Tamamilə doğrudur. O uşaqlığın saf ruhu mənə qavurmanın inanılmaz dadını beynimə həkk etdirdi. Təbii ki, sonralar da qavurmadan çox yedim, amma heç bir dad mənə o illərin dadını vermədi. Dadı damağımda qaldı (kövrəlir).

-Rasim müəllim, hisslərdəmi belədir? Xoşbəxtliyi və bədbəxtliyin də dadı zamanla dəyişirmi?

-Siz bayaq enişdən-yoxuşdan danışdınız. Əlbəttə bu hər şeydə özünü göstərir. Təbiət qış, yaz, yay və payızdan ibarətdir. Fəsillər dəyişəndə öz xüsusiyyətləri necə dəyişirsə insan ruhu da elədir. Baxmayaraq ki, qismət deyiən bir şey də var. Lakin insana ağıl verilib. Gərək o da ağlını düzgün istifadə edə bilsin.

-İnsan öz alın yazısını dəyişmək iqtidarındadırmı?

-İnanmıram, xeyr.

-Rasim müəllim, gənclik saflıqdır, gənclik enerjidir, gənclik cılğınlıqdır, gənclik bəzən üsyandır. Bu gün Rasim Əliyev ömrünün payızında ömrünün yazını necə xarakterizə edərdi?

-Bu sual çox çətin oldu. Icazə verin bu barədə  bir balaca düşünüm... Məncə adi gənclər necə olursa mən də elə gənclərdən olmuşam. Gəncliyin bütün xüsusiyyətləri məndə də olub. Baxmayaraq ki, illər keçir, insan müəyyən mərhələlər görür, lakin mən bu gün də harda gənc görürəmsə onun gözlərinin işığına baxıb zövq alıram. Arzu edirəm ki, gənclərin gözləri həmişə gülsün, heç kədərlənməsin.

-Sevgi hissi insanı yaşadan, insana var edən, ona ruh verən ən müqəddəs hissdir...

-Bəli, insan müəyyən mərhələlərdə valideynlərini, dostlarını, vətənini, həyatını sevir. Sevgi olmasa insan demək ki, yaşamır sadəcə vaxt keçirir.

-Rasim müəllim, “Hərb və sülh” əsərində Andrey Bolkonski sizin qəhrəmanınız olub. Niyə məhz o ?

-Bəli, elədir. Siz bunu haradan bilirsiniz? (təəccüblənir). Mən sizə deyim. O vaxtı biz məktəbdə rus dilində oxuyurduq və bütün rus yazarları tanıyırdıq. Rus ədəbiyyatı oxuyurduq. Andrey Bolkonskini mən ona görə sevirdim ki, o vətənini daha çox sevirdi. Vətən yolunda da canını fəda edirdi. İnanırsınız, mən hər Şəhidlər xiyabanına gedəndə çox kövrəlirəm və onların qarşısında baş əyirəm.

-Rasim müəllim, xan qızı Natavan sizin sevdiyiniz qadın obrazıdır. Əlbəttə, Natavan çox böyük tarixi şəxsiyyətdir. İstərdim bütün dönəmlərdə qadını xarakterizə edəsiniz.

-Bilirsiniz, istəyir Xan qızı Natavan olsun, istər anam-bacım olsun, istər ucqar kənd sakini, adi bir qadın olsun fərq etməz qadın müqəddəsdir. Bunu hər kişi bilməlidir ki, qadın müqəddəsdir, çünki, o, anadır. O ki, qaldı niyə Xan qızı Natavan? O vaxtlar, təqribən 50-ci illər idi. Ömər Eldarov Xan qızı Natavanın heykəlinin açılışını edirdi. Mən də hamı kimi oturub izləyirdim. Mən o heykələ məftun oldum. Sonra başladım araşdırmalar etməyə. Gördüm ki, Xan qızı Natavan həm ziyalılığına, yüksək mədəniyyətinə, zadəganlığına, şairliyinə görə yüksək qiymətə layiqdir.

-Bir qadın hansı xüsusiyyətlərə mütləq sahib olmalıdır?

-... (düşünür) Qadına aid olan bütün xüsusiyyətlərə.

-Diplomatik cavab idi, Rasim müəllim.

-Həqiqətən... Qadın qadındır. Qadının saçının rəngi, burnu, gözü, bəzən də şıltaqlığı onun qadınlığını heç bir zaman dəyişməz.

- İnsan və çərçivə... Çərçivə hansı meyarlarla qəbulolunandı?

- Bilirsiniz, son zamanlar azadlıq mövzusu çox gündəmə gəlir. Mənə elə gəlir ki, nəinki, insan heç kainat belə azad deyil. Hər şey bir-birilə zəncirvari bağlıdır. Əgər sən məsuliyyətli insansansa, öz yerini bilirsənsə, gərək hər şeylə hesablaşasan. İstər insan uçan quş, istər sürünən heyvan, yaxud ulayan canlı olsun, o, istər ki, çərçivədən çıxsın. Hərçənd düşünürəm ki, bütün xüsusiyyətlər insanda var.

-Rasim müəllim, bu gün siz bir memar imzasınız. Bir sıra monumental sənət əsərləriniz öz misilsiz gözəllikləri ilə bütün ölkəmizi bəzəyir. Bir memar necə olmalıdır?

-Yalnız memar olmalıdır, vəssalam.

-Bəzən deyirlər insan taleyi öz xarakterindədir. Yəni insan öz  xarakteri ilə taleyini yaza bilir. Bu gün deyə bilərikmi Rasim Əliyev öz xarakteri ilə taleyini yazanlardandır?

-..... (çox düşünür) Bilirsiniz, mən alın yazısına inanıram. Məncə hər şey Ondan asılıdır. Amma hərdən mənə elə gəlir ki, mən nə zamansa hardasa yaşamışam. İndi burdayam. Burdan sonra harda olacam, bax, onu bilmirəm.

-Rasim müəllim, Səməd Vurğunun belə bir misrası var. Deyir,
Bir yerdən boşalan, bir yerdən dolan
Sirrini heç kəsə verməyir dünya.
Sizə desələr ki, dünyanı bir neçə sözlə ifadə edin, siz necə ifadə edərsiniz?

-Mən belə deyərdim, bu dünya cənnət məkandır, amma insanlar hələ bunu dərk etməyiblər.

- Təbiətin kitabı riyaziyyat dilində yazılır, çünki kainatda hər şey hesablanmışdır.İnsan gücü də bunu dəyişmək iqtidarında deyil. Bu gün biz də bu qanunauyğunluq çərçivəsində qarşılıqlı sevgimizi paylaşdıq. Biz sizin evin qapısını döydük işəri qəbul etdiniz, ürəyinizin astanasında dayandıq.Ürəyinizin içinə daxil ola bildikmi?

-Əlbəttə... Sizin suallarınız məni dərindən düşünməyə vadar etdi. Həssas hisslər yaşatdınız. Hətta xoş olan  xatırələrə daldım, bir daha o anları yaşadım, kövrəldim. Bu mənə hədsiz zövq verdi. Buna görə təşəkkür edirəm.

-Təşəkkür Sizə edirəm. Biz də sizin fövqünüzdə bütün dünyəvi hisslərə kökləndik və sizdən çox örnəklər götürdük. Suallarımıza cavabdan öncə parlayan gözləriniz, ilıq təbəssümünüz bizə çox şeyi əxz etdi. Var olasınız!

 Fəxriyyə Lilpar İsayeva

 Teleaparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 13 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see274

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see273

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see261

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see260

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see247

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see245

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see228

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see220

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see218

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see215

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see213

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see207

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see205

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see203

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see180

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see171

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see169

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see169

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri