Icma.az
close
up
RU
Dövlətin təməl daşı!

Dövlətin təməl daşı!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai və dövlət maraqlarımızın uğurlu vəhdəti var...

İctimai və dövlət maraqlarının müdafiəsi ölkəmizin inkişafında əsas meyarlardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, həmin maraqların qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq üçün ilk növbədə hər bir tərəf öz üzərinə düşən məsuliyyəti nəzərə almalı və üzərinə düşəni yerinə yetirməlidir. Hər birimiz şahidiyik ki, dövlətimiz bu istiqamətdə öz üzərinə düşəni edir. Amma bununla yanaşı, vətəndaşlarımızın da öz üzərinə düşəni etməsi vacibdir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.

İctimai və dövlət maraqlarımız üst-üstə düşür

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni bildirib ki, dövlətin inkişafı, təşəkkül prosesi onun hansı məfkurə və hansı ideyalara xidmət etməsindən çox asılıdır. R.Zeyninin sözlərinə görə, dövlət o vaxt dərin və sürətli inkişafla irəliləyir ki, burada xalqın dövlət maraqları ilə ictimai maraqları üst - üstə düşür: “Bu, o deməkdir ki, dövlət iradəsini xalqdan alır. Əgər bir az da açsaq, dövlət xalq deməkdir, xalq isə dövlət deməkdir. Bir dövlətin hərtərəfli inkişafında təbii olaraq əsas inkişaf yollarındakı məqamlar dövlətin maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır, ona söykənən siyasət həyata keçirir. Bu gün Azərbaycan bu sahədə çox böyük uğurlu addımlar həyata keçirir. Birinci məsələ odur ki, ictimai maraqların dövlət maraqları ilə üst-üstə düşməsini biz Vətən müharibəsində qazandığımız qələbədə gördük. Bütün cəmiyyət Ali Baş Komandanla birgə “dəmir yumruq” altında düşmənin başını əzdi. Siyasi, ictimai və digər maraqlarından asılı olmayaraq hər bir azərbaycanlı yumruq halında birləşərək, əzmlə mübarizə apardı. Bununla da biz böyük, şanlı qələbəmizi qazandıq”.

Köklü modernləşməyə xüsusi diqqət edilməlidir

R.Zeyni qeyd edib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir: “Eyni zamanda  bu barədə danışarkən demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz. Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda o da mühümdür ki, ölkənin  siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.

Milli maraqlar hər bir dövlətin siyasətini müəyyən edir

Birlik sədrinin sözlərinə görə, milli maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur: “İstənilən dövlətin siyasətini müəyyən edən milli maraqlardır. İnsanın etdiyi hər şey onun şüurundan keçir. Onun fəaliyyətinin daxili mənbələri ehtiyac və maraqlardır, onları nəzərə almadan dövlətlərin, partiyaların, sosial qrupların və konkret şəxslərin siyasətində əsl məna, niyyət və konkret addımları anlamaq mümkün deyil. Tarixə nəzər salmaq bizi inandırır ki, insanların hərəkətləri öz maraqlarından irəli gəlir və yalnız onlar əsas rol oynayırlar. Bu baxımdan siyasi maraqlar məsələsinə xüsusi diqqət olunmalıdır. Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, o cümlədən dövlət qurumlarının məcmusunda çoxşaxəli olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Müstəqil olmaq və xalqın dövlət kimi formalaşması şəraitində maraqların tabeliyində milli maraqlar üstünlük təşkil edir. Nəticə daha yaxından araşdırıldıqda cəmiyyətin bir sivilizasiyadan digər sivilizasiyaya çevrilməsində maraqların rolunun böyük olduğunu deməyə əsas verir. Dövlətçiliyin və dövlətlərarası münasibətlərin inkişafında milli maraqlar həmişə əsas olub. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, tamamilə düzgündür, formalaşmış təcrübəyə əsaslanaraq cəmiyyətdən problemlərin həllini tələb edir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib və bu da ölkəyə ictimai maraqları da uğurla təmin etməyə imkan verir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri