Daşınar əmlakla bağlı qaydada dəyişiklik
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.
Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı

Daşınar əmlakla bağlı qaydada dəyişiklik
29 Noyabr 2024 15:45
Mülki Məcəlləyə üzərinə həbs qoyulmuş əmlakla bağlı dəyişiklik edildi
04 Mart 2025 16:07
“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik edildi
29 Noyabr 2024 12:29
Üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
24 Yanvar 2025 14:52
İlham Əliyevi Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
04 Mart 2025 16:23

