“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik edildi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişikliklər son oxunuşda təsdiqlənib.
"Unikal" xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.
Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.
Layihə səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun TƏSDİQLƏNDİ
29 Noyabr 2024 12:30
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun DƏYİŞDİ
16 Dekabr 2024 18:11
MM “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib
29 Noyabr 2024 12:33
Prezident “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib
16 Dekabr 2024 17:22

