Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 iyun, AZƏRTAC

Daşınmaz əmlak alqı-satqısı zamanı diqqətsizlik sonradan həm hüquqi, həm də maliyyə problemlərinə səbəb ola bilər. Bu səbəbdən əmlak əldə etməyi planlaşdıran şəxslərin alqı-satqı prosesinə məsuliyyətlə yanaşmaları və qərar verməzdən əvvəl bütün vacib məqamları nəzərdən keçirmələri tövsiyə olunur. Bəs daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir?

Vəkil Roman Qaraşov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, alınacaq əmlakın təyinatının (yaşayış və ya qeyri-yaşayış) sizin məqsədinizə uyğun olub-olmadığını dəqiqləşdirmək vacibdir.

“Eyni zamanda, sənədlərdəki (texniki pasport və çıxarış) plan ölçüləri ilə faktiki vəziyyəti mütləq müqayisə edin. Əgər faktiki sahə sənəddə göstəriləndən fərqlidirsə, bu, gələcəkdə qeydiyyat və ya tikinti normativləri ilə bağlı ciddi hüquqi problemlərə və cərimələrə yol aça bilər. Əmlakın “təmiz” olduğunu təsdiqləmək üçün onun üzərində hər hansı yüklülüyün (ipoteka, girov, məhkəmə qadağası və ya həbs) olub-olmadığını yoxlamaq lazımdır. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq arayış tələb edin. Bu addım əmlakın başqa biri tərəfindən iddia edilmədiyinə və ya borc qarşılığında girov qoyulmadığına əmin olmağınızı təmin edir”,- deyə o qeyd edib.

R.Qaraşov vurğulayıb ki, əgər satıcı evlidirsə və mülkiyyət nikah dövründə əldə edilibsə, o, birgə mülkiyyət hesab olunur: “Bu halda, satıcının həyat yoldaşından notarial qaydada təsdiqlənmiş yazılı razılıq tələb edilməlidir. Bu sənədin olmaması, gələcəkdə satıcının həyat yoldaşının iddia qaldıraraq əqdi etibarsız hesab etdirməsinə və ciddi mülkiyyət mübahisələrinə səbəb ola bilər”.

Onun sözlərinə görə, vergidən yayınmaq və ya digər səbəblərlə müqavilədə qiymətin aşağı göstərilməsi alıcı üçün ən böyük risklərdən biridir.

“Əgər hər hansı səbəbdən alqı-satqı müqaviləsi ləğv edilərsə, sizə geri qaytarılacaq məbləğ yalnız müqavilədə rəsmi qeyd olunan məbləğ olacaq. Buna görə də, ödənişin faktiki məbləğ üzərindən rəsmi şəkildə aparılması sizin maliyyə təhlükəsizliyinizin əsas təminatıdır.

Etibarnamə ilə alqı-satqıdan mümkün qədər qaçın, çünki etibarnamə istənilən an ləğv edilə bilər və ya satıcının ölümü ilə qüvvəsini itirir. Ən təhlükəsiz və hüquqi baxımdan etibarlı yol, birbaşa notariusda rəsmi alqı-satqı müqaviləsi bağlamaqdır. Bu, əqdin notariat orqanı tərəfindən yoxlanılmasını və mülkiyyət hüququnun dövlət reyestrində sizin adınıza dərhal qeydiyyata alınmasını təmin edir”,- deyə vəkil əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see408

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see328

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see307

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see303

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see293

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see285

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see281

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see277

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see264

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see257

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see254

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see239

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see234

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see214

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see198

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see188

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri