Icma.az
close
up
RU
Daşınmaz əmlakdan iqtisadiyyata milyardlıq təsir

Daşınmaz əmlakdan iqtisadiyyata milyardlıq təsir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Daşınmaz əmlak sektoru yalnız mənzil və ya kommersiya obyektlərinin alqı-satqısından ibarət deyil. Bu sektor tikinti, məşğulluq, vergi gəlirləri, investisiya və digər iqtisadi fəaliyyət sahələri ilə sıx bağlı olmaqla ölkə iqtisadiyyatında mühüm rol oynayır.
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov daşınmaz əmlak sektorunun iqtisadiyyata təsirini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illər tikinti və daşınmaz əmlak sektorunda müşahidə olunan aktivlik iqtisadiyyatın ümumi dinamikasında da özünü göstərir.
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında tikinti sektoru ÜDM-in 6,5 faizini təşkil edib. Azərbaycan Mərkəzi Bankının qiymətləndirmələri də son illərdə tikinti sektorunun həm nominal həcminin, həm də ÜDM-dəki payının artım tendensiyası nümayiş etdirdiyini göstərir”, – deyə F.Rüstəmov bildirib.
AQC rəsmisi qeyd edib ki, bu artımın əsas amilləri sırasında Bakı və ətraf ərazilərdə həyata keçirilən iri tikinti layihələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də daşınmaz əmlak bazarında formalaşan yüksək tələb xüsusi yer tutur.
F.Rüstəmovun fikrincə, daşınmaz əmlak sektorunun iqtisadi əhəmiyyəti qlobal miqyasda da özünü aydın göstərir.
“Savills-in araşdırmasına görə, 2026-cı ilin əvvəlinə dünyada bütün daşınmaz əmlakın ümumi dəyəri təxminən 393,3 trilyon ABŞ dollarına çatıb. Bu göstərici qlobal ÜDM-dən təxminən dörd dəfə çoxdur. Bu baxımdan daşınmaz əmlak dünyanın ən böyük sərvət ehtiyatlarından biri hesab olunur”, – deyə o vurğulayıb.
AQC İdarə Heyətinin sədrinin birinci müavini ABŞ təcrübəsinə də diqqət çəkib. Onun sözlərinə görə, ABŞ-da əmlak, icarə və lizinq sənayesi iqtisadiyyata ən böyük töhfə verən sahələrdən biridir. Milli Rieltorlar Assosiasiyasının hesablamalarına əsasən, 2025-ci ildə bu sektorun ABŞ ÜDM-ə töhfəsi təxminən 4,9 trilyon dollar, yaxud ÜDM-in 18 faizi həcmində olub.
F.Rüstəmov bildirib ki, Azərbaycanda da daşınmaz əmlak sektorunun inkişafı dövlətin həyata keçirdiyi infrastruktur və quruculuq siyasəti ilə birbaşa əlaqəlidir.
“İnfrastrukturun, yol şəbəkəsinin və yaşayış məntəqələrinin inkişafı daşınmaz əmlak bazarının aktivliyinə birbaşa təsir göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri həm tikinti sektoruna, həm də onunla əlaqəli çoxsaylı iqtisadi fəaliyyət sahələrinə əlavə impuls verir”, – AQC rəsmisi qeyd edib.
Onun sözlərinə görə, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, tikinti layihələrinin reallaşdırılmasında bürokratik maneələrin azaldılması və ipoteka bazarının səmərəliliyinin artırılması daşınmaz əmlak sektorunun inkişafı baxımından mühüm məsələlərdir.
“Daşınmaz əmlak sektorunun inkişafı yalnız əmlak bazarının genişlənməsi demək deyil. Bu, eyni zamanda yeni iş yerlərinin yaranması, tikinti və xidmət sahələrinin canlanması, investisiya fəallığının artması və dövlət büdcəsinə daxilolmaların genişlənməsi deməkdir. Bu səbəbdən sektorun dinamikası bütövlükdə iqtisadi aktivliyin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər”, – deyə F.Rüstəmov əlavə edib.
AQC rəsmisi hesab edir ki, Azərbaycanda daşınmaz əmlak sektorunun ÜDM-də payının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Avqust 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri