Daşkənd görüşündə Azərbaycan Özbəkistan dostluğunu əks etdirən VİDEOÇARX
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşündə iki ölkə arasında münasibətlərin inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Modern.az xəbər verir ki, videoçarxda Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı əksini tapıb.
Çarxda iki ölkə arasında son illərdə əlaqələrin daha da möhkəmlənməsi, qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr barədə məlumatlar təqdim olunub. Həmçinin Azərbaycan və Özbəkistanın regional və beynəlxalq platformalarda əməkdaşlığına, nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan prezidentləri arasında keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 23 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















