Daşkənddə Azərbaycan Özbəkistan mədəni əməkdaşlığı müzakirə olundu FOTOLAR
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il “Özbəkistanın mədəniyyət elçisi” ünvanı və medalı ilə təltif olunan Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Özbəkistanın Daşkənd şəhərinə səfər ediblər.
Demokrat.az xəbər verir ki, səfər çərçivəsində Günay Əfəndiyeva və Sahib Paşazadə özbək xalqının böyük şəxsiyyətləri Əlişir Nəvainin 585 illiyi və Zahirəddin Məhəmməd Baburun 543 illiyi münasibətilə təşkil olunmuş təntənəli konsert proqramında fəxri qonaq qismində iştirak ediblər.
Həmçinin, Mədəniyyət elçiləri Özbəkistan Respublikasının mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı etimada əsaslanan səmimi qardaşlıq münasibətlər iki ölkənin strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə və institusional əsasda möhkəmlənməsinə mühüm təkan verir.
Görüşdə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesində Özbəkistanın göstərdiyi dəstək məmnunluqla qeyd olunub.
2025-ci ilin dekabr ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin uğurla keçirilməsi xüsusi vurğulanıb.
Tərəflər müştərək tarixi köklərə, adət-ənənələrə və bütövlükdə Türk Dünyasının zəngin mədəni irsinin qorunmasının əhəmiyyətinə diqqət çəkiblər.
Digər layihələrlə yanaşı, ötən il Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə görkəmli özbək yazıçı Abdulla Qədirinin “Ötən günlər” romanının Bakıda böyük uğurla səhnələşdirilməsi vurğulanıb. Həmçinin, 2025-ci ilin dekabrında gerçəkləşdirilən Azərbaycan–Özbəkistan rəssamlarının “İpək yolu üstündə dostluq” adlı birgə onlayn sərgisi iki qardaş ölkənin mədəni birliyinin növbəti nümunələrindən biri kimi yüksək qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Daşkənddə Azərbaycan Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub
19 Fevral 2026 13:51
Özbəkistan və Azərbaycan əməkdaşlığı müzakirə edib FOTOLAR
13 May 2025 15:45
Daşkənddə Özbəkistan Azərbaycan Regionlararası Forumu keçirildi FOTOLAR
22 Avqust 2026 21:35
Azərbaycan Türkmənistan Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub FOTOLAR
15 Oktyabr 2026 12:27
Astanada Azərbaycan Özbəkistan əməkdaşlığı müzakirə olunub
26 Avqust 2026 15:27
Baxış sayı:244
Bu xəbər 19 Fevral 2026 19:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları