Icma.az
close
up
RU
Daşkənddə Özbəkistan Azərbaycan Regionlararası Forumu keçirildi FOTOLAR

Daşkənddə Özbəkistan Azərbaycan Regionlararası Forumu keçirildi FOTOLAR

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daşkənddə təşkil edilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Daşkənddə Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ağır sənaye, maşınqayırma, metallurgiya və metal emalı, tikinti, tekstil, kənd təsərrüfatı, qida, turizm, təhsil, tibb və əczaçılıq, mühəndislik, konsaltinq, dağ-mədən, kimya, mebel, elektrotexnika, avtomobil sənayesi, dəri məmulatları, plastik emalı və digər sahələrdə fəaliyyət göstərən 400-dək şirkət təmsil olunub. Sezar pizza

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir. Nazir strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını vurğulayıb, regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanları qeyd edib. Bildirilib ki, əlaqələr yalnız dövlətlərarası səviyyədə deyil, şəhərlər və regionlar arasında da fəal şəkildə inkişaf edir.

Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Orta Dəhliz Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məqsəd dəhlizi sadəcə tranzit marşrutu deyil, əlavə dəyərin yaradıldığı iqtisadi platformaya çevirməkdir. Bunun üçün dəmir yolu və dəniz daşımalarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

Qarabağ və Şərqi Zəngəzur yeni investisiya imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Burada dövlət tərəfindən yaradılan infrastruktur və investisiya təşviqləri özəl sektor üçün əlverişli şərait formalaşdırır. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək iki ölkə arasındakı qardaşlığın mühüm göstəricisidir.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Qarşılıqlı ticarətin və investisiyaların artırılması, regionlar arasında birbaşa biznes əlaqələrinin gücləndirilməsi və birgə layihələrin reallaşdırılması üçün geniş imkanların olduğu vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktor vəzifəsini icra edən Roksana Nesor hər iki ölkənin investisiya və ixrac potensialı, sahibkarlar üçün təqdim olunan dəstək mexanizmləri barədə məlumat veriblər.

Forumda həmçinin Daşkənd Şəhər İcra Hakimiyyətinin başçısının müavini Şarof Raxmanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Daşkənd Vilayətinin İcra Hakimiyyətinin başçısının müavini Jaxongir Mamajonov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Namanqan Şəhər İcra Hakimiyyətinin başçısı Ayubxon Kamalov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış ediblər. Çıxışlarda regionlararası əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması istiqamətində fikirlər səsləndirilib. Bununla yanaşı, tədbirdə çıxış edən "Uzavtosanoat" SC-nin sədr müavini Davron Xidoyatov və "Azərşəkər" MMC-nin İdarə Heyətinin üzvü Cavid Abdullayev birgə işgüzar fəaliyyətin genişləndirilməsi və ortaq layihələrin təşviqi barədə danışıblar.

Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan IV Regionlararası Forum çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər mübadilə edilib. Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.

Forum biznes dairələri arasında görüşlərlə davam edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri