Icma.az
close
up
RU
Daşkənddə böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirə gecəsi keçirilib

Daşkənddə böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirə gecəsi keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Daşkənddəki Beynəlxalq Mərkəzi Asiya İnstitutunda “Çingiz Aytmatov: ədəbi irs, fəlsəfi-siyasi baxışlarda zaman və mədəniyyətlərin harmoniyası” mövzusunda xatirə gecəsi keçirilib.

Qırğızıstanın Özbəkistandakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin və böyük yazıçının adını daşıyan Beynəlxalq İssık-Kul Forumunun nümayəndələri, səfirlər, elm, mədəniyyət, incəsənət xadimləri, hər iki ölkənin elmi-tədqiqat müəssisələrinin təmsilçiləri, şair və yazıçılar iştirak ediblər. 

İnstitutun direktoru Cavlon Vahobov Özbəkistanda Çingiz Aytmatova və onun yaradıcılığına hər zaman xüsusi hörmətlə yanaşıldığını, yazıçının ideya-fəlsəfi irsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

O deyib ki, uzaqgörən yazıçı və diplomat olan Çingiz Aytmatovun siyasi baxışları və ideyaları Mərkəzi Asiyanın müasir inkişaf tendensiyaları ilə heyrətamiz şəkildə birləşib.

Yazıçının ictimai çıxışlarından bu gün üçün də aktual olan fikirləri, öz dəqiqliyi ilə insanları təəccübləndirən proqnozları anlamaq mümkündür.

Tədbirdə Qırğızıstanın Özbəkistandakı müvəqqəti işlər vəkili Asanqul Bakıt, Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxan Tacixanov, akademik Akmal Saidov və başqaları Çingiz Aytmatovu böyük yazıçı və diplomat kimi səciyyələndiriblər. 

Konfrans çərçivəsində iştirakçılar  Çingiz Aytmatovun ədəbi irsi, siyasi ideyaları, ictimai proseslərə təsiri, dövlətçiliyin inkişafına, region ölkələri xalqlarının dostluğunun möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərindən danışıblar.

Həmçinin iki ölkə arasında ortaq tarix və ənənələrin harmoniyasına əsaslanan mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinin vacibliyi, qarşılıqlı faydalı regional əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərinə diqqət yetirilib.

Mədəni ünsiyyətin sürətləndirilməsində Çingiz Aytmatov irsinin əhəmiyyəti vurğulanıb. Böyük yazıçı və diplomatın yaradıcılığının, ictimai-siyasi fikirlərinin bu gün də aktuallığını qoruduğu və qardaş xalqların birləşməsi, Yeni Orta Asiyanın birgə qurulması məqsədlərinə xidmət etdiyi bildirilib.

Xatırladırıq ki, Çingiz Aytmatov həmçinin Azərbaycanın dostu olub, əsərlərinin bir çoxu dilimizə tərcümə edilərək Azərbaycan oxucularına çatdırılıb, ölkəmizin “Dostluq” ordeninə layiq görülüb. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri