Icma.az
close
up
RU
Çingiz Aytmatovun sonuncu yubileyi Bakıda keçirilib FOTOLAR

Çingiz Aytmatovun sonuncu yubileyi Bakıda keçirilib FOTOLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“2008-ci il fevral ayının 24-də Azərbaycan Respublikası Prezident Aparatının İctimai-siyasi şöbəsinin diasporalarla iş üzrə sektorunun müdiri Qafar Əliyevin, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Arif Ağayevin, Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun sədri Nüsrət Məmmədovun təşəbbüsü, Bakıda fəaliyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı və "Klassik-Aİ" MMM-nin maliyyə dəstəyi ilə Türk dünyasının fəxri, dünya şöhrətli yazıçı Çingiz Aytmatov 80 illik yubiley tədbirlərinin geniş keçirilməsi üçün Azərbaycana dəvət olunmuşdu.
Səfər proqramı çərçivəsində görkəmli yazıçı fevral ayının 25-də onu müşayiət edən şəxslərlə birlikdə Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidə önünə ATXƏM adından əklil qoyulmuşdu.
Çingiz Aytmatov ATXƏM-in yeni ofisinin açılış mərasimində iştirak edərək, acılış lentini kəsmişdir. Elə oradaca kutləvi informasiya vasitələrinin əməkdaşları ilə görüşmüş və jurnalistlərin suallarını cavablandırmışdı. Görüşün sonunda Çingiz Aytmatov ATXƏM-in "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazmışdır.
ATXƏM-in qonağı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunaraq, "Dostluq" ordeni ilə təltif edilmişdi.
ATXƏM Bakı Əyləncə Mərkəzində Çingiz Aytmatovla respublika ziyalılarının geniş kontinqentinin görüşünü təşkil etmişdi. Tədbirdə Qazaxstan, Özbəkistan, Türkiyə səfirliklərinin nümayəndələri iştirak etmişlər və hörmətli qonağa milli atributları əks etdirən hədiyyələr təqdim olunmuşdu.
Fevral ayının 26-da Xocalı Soyqırırmı günü ATXƏM-in rəhbərliyi Çingiz Aytmatovla birlikdə soyqırım abidəsini ziyarət edərək, abidə önünə ATXƏM adından əklil qoymuşdu.
Dünya şöhrətli yazıçının 80 illik yubileyinın bütün Türk Dünyasında qeyd olunması nəzərdə tutulurdu. İlk olaraq Azərbaycanda keçirildi. Təəssüf ki, Qırğızıstana qayıtdıqdan bir müddət sonra böyük yazar dünyasını dəyişdi. Bununla da Bakıda keçirilmiş yubiley tədbiri onun sağliğinda keçirilən sonuncu tədbir oldu.
Sevindirici haldır ki, cənab Prezident İlham Əliyev Bişkek səfərində Çingiz Aytmatovun ev muzeyini ziyarət edib və ona böyük yazarın oğlu Eldar Aytmatov tərəfindən Aytmatov adına orden təqdim olunub.
Biz də çox məmnunuq ki, vaxtilə Ç.Aytmatovun yubiley ərəfəsində Bakıya səfərinin və burada keçirilən tədbirlərin təşkilatçısı olmuşuq.















İlham İsmayılov
ATXƏM İB-nin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri