Daşkənddə FIFA nın Mərkəzi Asiya ölkələri üzrə regional ofisi açılacaq
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və FIFA Prezidenti Canni İnfantino Daşkənddə Mərkəzi Asiya ölkələrinə xidmət edəcək və regionda futbolun inkişafına kömək göstərəcək FIFA-nın regional ofisinin açılması barədə razılığa gəliblər.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə həmçinin məşqçilərin, hakimlərin, menecerlərin və mütəxəssislərin hazırlanması, futbolun gənclər arasında populyarlaşdırılması, eləcə də Özbəkistanda FIFA-nın əsas turnirlərinin və tədbirlərinin keçirilməsi istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Özbəkistan Prezidenti özbək futbolunun inkişafındakı xidmətlərini nəzərə alaraq Canni İnfantinonu “Dustlik” ordeni ilə təltif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Sentyabr 2025 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















