Icma.az
close
up
RU
Daşkənddə “Novruz Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert olub

Daşkənddə “Novruz Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert olub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Аzərbаусаnın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Novruz bayramı münasibətilə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert keçirib.

Mədəniyyət Mərkəzinin geniş həyətində keçirilən bayram tədbirində Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, Daşkənddəki soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruz bayramının tarixi haqqında məlumat verib. Səfir Novruzun əhəmiyyətindən danışıb, hamıya firavanlıq arzulayıb. O bildirib ki, bu bayram türkdilli xalqların və Novruz arealında yerləşən digər xalqların əziz milli bayramıdır. Qədimdən Novruz sülh, humanizm, əmin-amanlıq rəmzi kimi tanınır. Səfir deyib ki, 2010-cu ildə Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Novruz bayramı da qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır. O bildirib ki, prezident İlham Əliyevin milli-mədəni irsimizin qorunması sahəsində apardığı siyasət nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu bizim ortaq dəyərlərimizin beynəlxalq miqyasda tanınmasının və qorunmasının mühüm göstəricisidir. A.Marifli həmçinin Novruzun Özbəkistanda da yüksək səviyyədə qeyd olunduğunu qeyd edib.

Sonra Azərbaycandan xüsusi olaraq dəvət olunan Xalq artisti Zabit Nəbizadə, tanınmış müğənnilər Orxan Cəlilov və Ayşən Mehdiyeva muğam, xalq və bəstəkar mahnılarını ifa ediblər. Onları Əməkdar artist, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə (tar) və Əməkdar artist Xəyyam Məmmədov (kamança) müşayiət ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev qədim el havalarını səsləndirib.

Tədbirdə Mədəniyyət Mərkəzinin teatr dərnəyinin ifasında “O olmasın, bu olsun” tamaşasından səhnələlər göstərilib, qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Şənlikdə tədbir iştirakçılarına Novruz şirniyyatları paylanılıb. İlaxır çərşənbəni simvolizə edən yumurta döyüşdürməsi nümayiş etdirilib. Sonda Novruzun simvolu tonqal çatılıb, gənc ifaçılar tonqalın ətrafında dövrə vuraraq oynayıblar.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri