Icma.az
close
up
RU
Novruz bayramı tarixi dəyərlərin yaşadılmasıdır Deputat

Novruz bayramı tarixi dəyərlərin yaşadılmasıdır Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Novruz milli-mənəvi dəyərlərə malik olan, tarixi yaddaşı yaşadan və cəmiyyəti birləşdirən unikal bayramdır. Bu bayram əsrlər boyu formalaşaraq xalqın həyat tərzinə inteqrasiya olunmuş və milli şüurun ayrılmaz hissəsinə çevrilmişdir. Novruz həm də humanizm, bərabərlik və mənəvi dəyərlərin qorunması baxımından bəşəriyyətin ortaq mirasıdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

"Ulu Öndər Heydər Əliyev bu bayramın Azərbaycan xalqı üçün əhəmiyyətini yüksək dəyərləndirərək qeyd etmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Novruz tonqalları işğaldan azad edilmiş doğma torpaqlarımızda qalanır. Bu illər ərzində dövlət başçısının iştirakı ilə Novruz bayramı yüksək təntənə ilə 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə qeyd olunub. Bu mərasimlər təkcə milli-mənəvi dəyərlərimizin təntənəsi deyil, həm də bərpa olunmuş torpaqlarımızda həyatın dirçəlməsinin, əzəli yurd yerlərimizə qayıdışın simvoluna çevrilib. Digər tərəfdən, Novruz bayramı ərəfəsində dövlət başçısının imzaladığı əfv sərəncamları da humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir. Hər il yüzlərlə ailənin sevincinə səbəb olan bu qərarlar cəmiyyətə sosial həmrəylik və insanpərvərlik çağırışıdır.

Novruz bayramı müxtəlif ölkələrdə yaşayan xalqlar arasında ortaq mədəni dəyər kimi qəbul olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyləri nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruzun qlobal miqyaslı bayram kimi qeyd olunması onu beynəlxalq humanitar dəyərə çevirir. Bu isə xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rola malikdir.

Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Dərin tarixi köklərə malik olan Novruz bayramı təkcə təbiətin yenilənməsi deyil, cəmiyyətin birliyinin möhkəmlənməsi və tarixi dəyərlərin yaşadılmasıdır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri