Icma.az
close
up
RU
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 iyun, AZƏRTAC

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu - “TIIF-2026” işə başlayıb.

AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, builki forum rekordlar qırmağa hazırlaşır: tədbirdə iştirak edən şirkətlərin və maliyyə qurumlarının ümumi aktivləri 42 trilyon dollar və ya qlobal ümumi daxili məhsulun təxminən 38 faizini təşkil edir. Ekspertlərin hesablamalarına görə, “TIIF-2026” Mərkəzi Asiya tarixində ən böyük investisiya platformalarından biridir.

Tədbirdə iştirak etmək üçün Daşkəndə 100 ölkədən 3423 xarici təmsilçi, o cümlədən Azərbaycan nümayəndə heyəti gəlib. İştirakçıların ümumi sayı 8316 nəfəri keçərək forum üçün bütün zamanların rekordunu qırıb.

Üç gün ərzində Özbəkistanın paytaxtı kapital, beynəlxalq biznes və əsas investisiya qərarları üçün qlobal mərkəzə çevriləcək.

Forumda aparıcı qlobal maliyyə bazarı şirkətlərinin – “BlackRock”, “JPMorgan Chase”, “Citibank”, “Visa”, “Franklin Templeton”, “Standard Chartered”, “Rothschild & Co” və London Fond Birjası Qrupunun rəhbərləri, eləcə də “Meta” bp, “Masdar”, “ACWA Power”, “Airbus”, “Mitsubishi Heavy Industries”, “DP World” və digər transmilli korporasiyalar da daxil olmaqla enerji, texnologiya və sənaye sektorlarının nümayəndələri iştirak edirlər.

Forum “İnvestisiya davamlılığı: Yeni sərhədlər, yeni tərəfdaşlıqlar” devizi altında keçirilir. Proqrama geologiya, vacib xammal, yaşıl enerji, süni intellekt, nəqliyyat və logistika infrastrukturu, sənaye əməkdaşlığı və rəqəmsal iqtisadiyyat mövzularında müzakirələr daxildir. Körfəz, Avropa və Asiyanın ən böyük suveren sərvət fondlarını əhatə edən yeni investisiya müqavilələrinin müzakirəsinə xüsusi diqqət yetiriləcək.

“TIIF 2026” qlobal medianın diqqət mərkəzindədir. Forumu işıqlandırmaq üçün 41 ölkədən 209 xarici jurnalist akkreditə olunub. “Bloomberg”, “Reuters”, “BBC News”, “Euronews”, “Nikkei”, CGTN və TRT kimi beynəlxalq media orqanları Daşkənddən canlı reportajlar yayımlayır.

Ekspertlər hesab edirlər ki, forum zamanı imzalanan əsas sənədlər və investisiya müqavilələri Özbəkistan iqtisadiyyatının daha da inkişafına güclü təkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri