Icma.az
close
up
RU
“Daşkəsən bu qədər əmlakı qazanmaq üçün çox kasıb bir yerdir” Əhəd Abıyev

“Daşkəsən bu qədər əmlakı qazanmaq üçün çox kasıb bir yerdir” Əhəd Abıyev

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb.
Yeniavaz.com
xəbər verir ki, milyonlarla dəyəri olan həmin əmlaklara lüks evlər, villalar, hotel və istirahət mərkəzləri daxildir.
Bakının Nəsimi, Nərimanov, Səbail rayonlarında yerləşən evlər, o cümlədən Badamdar qəsəbəsində üç villa, Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində evlər, Qaxda, Nabranda, Xaçmazda, Qubada, Masallıda istirahət mərkəzləri, hotellər, bazar, çoxsaylı obyektlər və Daşkəsən və başqa rayonlarda böyük torpaq sahələri… Ümumilikdə isə həmin əmlakların sayı 40-dan çox göstərilir.
Sözügedən əmlakların həqiqətən Əhəd Abıyevə aid olub-olmadığını öyrənmək üçün özü ilə əlaqə saxladıq.
68 yaşlı eks-icra başçısı iddialarla bağlı “Qafqazinfo”ya danışıb və yazılanların uydurma olduğunu, onu istəməyən şəxslər tərəfindən qərəzli şəkildə yayıldığını deyib. Abıyevin sözlərinə görə, rəhbərlik etdiyi rayon bu qədər əmlak qazanmaq üçün çox kasıb bir yer olub:
“Başa düşmürəm, haradandır məndə hotellər, evlər, villalar? Mən yatmağa-durmağa yer axtarıram. Daşkəsənin icra başçısı olmuşam da, orada nə var? Mən Lənkəranın, Masallının, ya Gəncənin icra başçısı olmamışam e, Daşkəsənin olmuşam. Dağlıq ərazidir, ancaq Xoşbulaq kəndi idi, ora da Daşkəsənin Siciliyası idi. İmkanlı adamlar yaylağa gəlirdilər, hərəsi bir ev almışdı. Kimə nə deyəsən orada? Biri var idi, nə isə deyən kimi deyirdi ki, lazım olar Əhəd Abıyevi 10 dəqiqəyə tutduraram. Qaldı ki, Daşkəsəndə çox şeyi mən eləmişəm.
10 mini olanın atasına lənət. Hamısı məndən pul almaq üçün yazılan şeylərdir. Əvvəllər bəzi adamlar var idi məndən pul alırdı, sakit idilər. İndi yenə başlayıblar. Pensiyada olan adamam, nə verəcəyəm?! İki il əvvəl də yazdılar, məhkəməyə verdim, təkzib yaydılar. Allaha and olsun, heç yerə də getmirəm, evimdə oturmuşam. Lap belə də ki, istirahətə getmişəm. Nə olsun, Əhəd Yessentukiyə, Roqaşkaya ya başqa yerə istirahətə gedə bilməz? Mənim o boyda xidmətlərim olub. Dezertirəm, nəyəm, nə olub ki, mənə?”
O bildirib ki, icra başçısı işlədiyi dövrdə onun artıq pul qazanması mümkünsüz olub. Eks-məmur buna əsas səbəbi Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi göstərib:
“Kasıb bir rayonda Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm. Ramiz Mehdiyev heç mənə 1 manat pul qazanmağa imkan vermirdi. Əksinə günü-gündən adamları göndərib məni yoxlatdırırdı. 2003-cü ildən onla vuruşmuşam, əlindən nə pislik gəlibsə, edib”.
Qeyd edək ki, Əhəd Abıyev 2003-2013-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəllər isə Milli Məclisin depuatı olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 İyul 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri