Icma.az
close
up
RU
Əhəd Abıyev HARALARDADI...

Əhəd Abıyev HARALARDADI...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Keçmiş deputat, Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev müxtəlif vaxtlarda qeyri-adi hərəkətləri və səs-küylü açıqlamaları ilə mətbuatın müzakirə obyekti olub. Çoxdandır medianın diqqətindən kənarda qalan Əhəd müəllim vaxtilə vəzifədə olan maraqlı personalardan biri sayılırdı. Hansı postu tutmasından asılı olmayaraq, o, özünü daim ön planda saxlayır, çıxışları və bəyanatları ilə yadda qalırdı.
Məsələn, Milli Məclisin iclası zamanı AXCP sədri Əli Kərimli haqqında səsləndirdiyi qeyri-etik ifadələr qalmaqala səbəb olmuş, Ümid Partiyasının sədri İqbal Ağazadənin onun üzərinə getməsilə nəticələnmiş, deputatların əlbəyaxa davasının qarşısı son anda alınmışdı.

Əhəd Abıyev Daşkəsən şəhərində icra başçısı işləyərkən də həmkarlarından fərqlənməyə çalışıb. Gah ata minir, gah boks rinqinə çıxıb kimi isə "əzişdirir", gah əlinə avtomat alıb hərbi forma geyinir, gah da iclasları açıq havada - təbiətin qoynunda keçirirdi.
Onun Novruz bayramı mərasimlərindən birində boks əlcəkləri geyərək Ermənistan bayrağının maketini sındırması yəqin ki, unudulmayıb. Bu hərəkəti onun əleyhinə işləmişdi. İddia olunmuşdi ki, Əhəd müəllim Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırıb. Nəticədə bu barədə söz-söhbətlər bir müddət ciddi müzakirələrə yol açmışdı. O zaman Əhəd Abıyevin özü də məsələyə aydınlıq gətirməli olmuş və Modern.az-a belə bir açıqlama vermişdi:

“Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm. Tribunadan düşdüm və bayrağı əksinə çevirdim. Elə təsəvvür etdim ki, ermənidir, başını aşağı, ayaqlarını göydə tutmuşam. Bir yumruq da onun nəzərdə tutduğum yerindən vurdum. Maket iki yerə bölündü. Doğrudur, barmaqlarım da sındı, rentgendən keçdim.
...Kim bu hadisəni bəzəyib-düzəyib, bilmirəm. Amma söhbət mənim önümə gətirilən erməni bayrağından gedir. İndi bilmirəm Azərbaycanda erməni bayrağının müdafiəsinə qalxan, qanında erməni qanı olan, evində erməni yatızdıran kimlərdir... Hesab edirəm ki, bilərəkdən belə şayiələr yayır, panika yaradırlar.
Yenə deyirəm, o bayraq erməni bayrağı idi, mən də yaxşı eləmişəm, əcəb eləyib sındırmışam”.

17 iyul 2023-cü il tarixində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən cənab Abıyev həmin gün mətbuata verdiyi sonuncu açıqlamada yeni posta təyinat almaq istədiyi gizlətməmişdi: “...hələ gümraham, işləyə bilərəm”.

Amma zaman göstərdi ki, hakimiyyət təqaüd yaşına çtan Əhəd müəllimin işləməyini deyil, istirahət etməyini istəyir.
Bəs klassik məmur obrazı kimi xatırlanan Əhəd Abıyev indi haralardadı?
Bu günlərdə sosial şəbəkədə Əhəd Abıyevin səhhətində problem yarandığı barədə xəbər Modern.az saytının sabiq deputata zəng etməsinə səbəb oldu. Lakin hər dəfə zəngimizə cavab verən Əhəd müəllim “indi yas yerindəyəm, sonra danışarıq” cavabını verməklə kifayətlənirdi. Nəhayət sabiq deputatdan qısa açıqlama ala bildik.
Əhəd müəllim səhhətində problem yarandığı barədə deyilənləri az qala “top-tüfənglə” qarşıladı:
“Bunu kim deyirsə qələt edir, səhv edir! Mən hər gün idmanla məşğul oluram, üzgüçülüyə gedib-gəlirəm. Xahiş edirəm bu məsələni qapadın, belə bir hal yoxdur. Mətbuata deyəsi əlavə sözüm yoxdur, mən siaysətdən tamamilə uzaqlaşmışam. Hazırda təqaüddəyəm”.

Əhəd Abıyev başqa bir açıqlamasının olmayacağını vurğulayaraq, jurnalistləri onu narahat etməməyə çağırıb.
Arayış: Əhəd Mikayıl oğlu Abıyev 1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və planlaşdırma fakültəsini bitirib.
Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979-80-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin Tikinti-quraşdırma idarəsinin ustası, 1980–1982-ci illərdə Bakı şəhərindəki Mənzil İstismar İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq"da iqtisadçı işləyib.
1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətində Əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü olaraq 77 saylı Masallı şəhər seçki dairəsindən Birinci çağırış Milli Məclisin deputatı seçilib. Deputatlıq dövründə “Təfəkkür” Universitetinin Hüquq fakültəsini bitirib. 2000-ci ildə yenidən 77 saylı Masallı şəhər seçki dairəsindən deputat mandatı əldə edib. 2005-ci ildə eyni dairədən üçüncü dəfə Milli Məclisə deputat seçilib.
Prezidentin 23 fevral 2011-ci il tarixli dərəncamı ilə Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
17 iyul 2023-cü il tarixində icra başçısı vəzifəsindən azad edilib. Evlidir, 2 övladı var.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri