Icma.az
close
up
RU
Daşkəsəndə 28 yaşlı oğlan qonşusuna xəsarət yetirdi: “Məni və arvadımı...” TƏFƏRRÜAT

Daşkəsəndə 28 yaşlı oğlan qonşusuna xəsarət yetirdi: “Məni və arvadımı...” TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daşkən rayonunda 1996-cı il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi və qohumu Səfərə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 5 yanvar 2024-cü ildə Daşkəsən rayonunun kəndində baş verib. 
Vəli həmin gün, saat 11:59-da istifadəsində olan mobil nömrəsindən Səfərin istifadəsində olan nömrəsinə göndərilmiş “kömək lazımdı, yeri tapmaq mümkün olmadı” məzmunlu mesaj mətninin yanlışlıqla göndərildiyini müəyyən etdikdən sonra məsələni aydınlaşdırmaq və həqiqətən həmin mesajı səhvən göndərildiyini izah etməkdən ötrü onun yaşadığı ev istiqamətində hərəkət edib. 
Həmin gün saat 17 radələrində Səfərin yaşadığı evin qarşısına gəldikdən sonra ona yaxınlaşaraq səhvən göndərilmiş mesaj barəsində danışıqlar aparıb, şəxsi münasibətlər zəminində aralarında baş vermiş sözlə mübahisədən sonra Səfərin onu təhqir etməsinə qəzəblənib. O, Səfərin sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gəlib.
Vəli bu niyyətlə Səfərin sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbələri endirib. 
Sonra evin həyətindən götrüdüyü ağac parçası ilə Səfərin təpə nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 
Hadisə zamanı Səfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, 5 yanvar 2024-cü ildə onun mobil telefonu azyaşlı qızının əlində olarkən telefona gələn sms mesaj mətni səhvən Səfərin telefon nömrəsinə göndərilib: 
“Səfər həm uzaq qohumum, həm də qonşum olduğundan sonuncunun telefon nömrəsi mənim telefonumun yaddaşında olub. Həmin gün axşam vaxtı mənə Səfərdən zəng gəldi, məndən nəyə görə telefonubna mesaj göndərdiyimi soruşdu. Həmin vaxt Səfər mənim nalayiq sözlərlə söydü. Mən Səfərin evinə tərəf getdim. Həmin vaxt Səfər məni və arvadımı söyməyə başladı. Səfərə dedim ki, telefon uşağın əlində olub və mesaj səhvən gəlib. Ona həmçinin dedim ki, qohumuq, belə hərəkət etmə. Səfər dedi ki, uşaq niyə mənə mesaj göndərir ki?. 
Sonra isə uşağımın ünvanına təhqiredici sözlər deməyə başladı. Həmin vaxt Səfərin bacısı da ora gəldi. Səfərin bacısının əlində ağac var idi. Səfər və bacısı məni təkləyib yerə yıxdılar. Məni arxadan vurarkən özümü müdafiə məqsədilə yerdən ağac parçası götürərək Səfərin başından bir dəfə zərbə endirdim. Həmin ağac parçası qalın idi”.
Təqsirləndirilən şəxs bildirib ki, özünü müdafiə etmək məqsədilə Səfərə ağac parçası ilə xəsarət yetirib. 
Onun ifadəsinə görə, Səfərin müalicəsi ilə əlaqədar 1000 manat verib. 
O, törətdiyi əməlinə görə peşman olduğunu söyləyib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səfərin sözlərinə görə, yanvarın 5-də mobil telefonuna Vəlinin telefon nömrəsindən mesaj gəlib: 
“Vəliyə dedi ki, sən niyə mesaj yazmısan?. Təqsirləndirilən şəxs bildirdi ki, uşaq səhvən göndərib. Ona “uşağı gətir, aydınlaşdıraq görək kim yazıb”, - deyə bildirdim. 
Vəli isə bildirdi ki, mənim uşağım sənin üçün oyun-oyuncaqdı?. Sonra bizim aramızda mübahisə başladı. Biz əllərimiz ilə bir-birimizi vurduq. Daha sonra Vəli yerdən ağac parçasını götürərək bir dəfə başıma vurdu. Bundan sonra təcili-tibbi xidmət avtomobili gəldi. Mən xəstəxanada müalicə aldım”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vəli 4 il müddətinə azadlıqdan məhrum edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 
O, barəsində olan cəzanın yüngülləşdirilməsini yuxarı instasniya məhkəməsinin hakimlərindən xahiş edib. Onun şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. 
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. 
Qərara görə, təqsirləndirilən şəxs tərəfindən verilən şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri